Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasına "4++"cu nəsil "Su-30SM" tipli çoxməqsədli qırıcıları yerləşdirəcək.Publika.az xəbər verir ki, bu haqda TASS agentliyi mənbələrə istinadən bildirib.
Onlar bazada mövcud olan "MiQ-29" təyyarələrini əvəz edəcək. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.
“Təyyarələrin yerləşdirilməsi 2020-2021-ci illərdə iki mərhələdə həyata keçiriləcək”, - agentliyin həmsöhbəti deyib.
Rusiyanın “4++” nəslinə aid ağır çoxhədəfli qırıcısıdır, əsasən havada üstünlüyün əldə edilməsi üçün nəzərdə tutulub. Qırıcının ekipaj sayı 2 nəfərdir, maksimum sürəti saatda 2125 kilometrdir.
Uçuş məsafəsi yüksəklikdə 3000 kilometr, döyüş radiusu 1500 kilometrdir. Əlavə yanacaq doldurmadan uçuş müddəti 3,5 saatdır. Çoxməqsədli döyüş təyyarələri “Bars” çoxfunksiyalı atəş idarəetmə radarı, “hava-hava” və “hava-yer” tipli idarəolunan raketlərlə komplektləşdirilə bilər.