Millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında qazdan istifadəyə qoyulan limitin artırılması ilə bağlı təkliflə çıxış edib.Publika.az-ın xəbərinə görə, millət vəkili deyib ki, əhalinin müxtəlif təbəqələrindən edilən müraciətlərə əsaslanaraq qaza qoyulan limit qaldırılmalıdır:
"İsrafçılığın qarşısını almaq üçün limitin olması normaldır. Hazırda 1700 kubmetr limit qoyulub. Təklif edirəm ki, bu limit qaldırılsın. Çünki həyət evlərində yaşayan, ödəniş imkanı aşağı olan insanlar o limitdən çox əziyyət çəkirlər. Böyük problemlər yaşayırlar. Təbii ki, məsələn, istixanaların ödəmə imkanları var. Aztəminatlı əhali üçün bu, böyük problemdir. Çox istərdim ki, müvafiq qurumlar bu məsələyə diqqət yetirsinlər və limit iki dəfə qaldırılsın".