Növbəti erməni həyasızlığı: Qarabağı və Naxçıvanı... - Xəritə

23-04-2019, 14:47   

 


   
Rusiyada fəaliyyət göstərən erməni diasporu Azərbaycana qarşı növbəti təxribata əl atıb.
ONA-nın məlumatına görə, bu gün Moskvanın Erməni Gəncləri Assosiasiyası, Erməni Muzeyi və Rusiya Erməniləri Birliyinin birgə təşkilatçılığı ilə qondarma "erməni soyqırımı"na həsr olunan fləşmob formatında aksiya keçiriləcək.
Aksiyanın reklam bukletində Azərbaycan əraziləri olan Qarabağı və Naxçıvanı öz əraziləri kimi göstəriblər. Bundan başqa Türkiyə Cümhuriyyətinin Trabzon, Diyarbakır, Erzurum, Bitlis, Van və digər şərq regionları və Gürcüstanın Cavaxetiya bölgəsi Qərbi Ermənistan adı altında göstərilib.
Aksiyanın bu gün yerli vaxtla 16:00-da Moskvadakı Erməni Apostol Kilsəsi ərazisində keçirilməsi planlaşdırılır.
Aksiya təşkilatçıları tədbirin keçirilməsi üçün Moskva hökumətindən icazə aldıqlarını bildiriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar