Deputatdan Qərbin gizli Azərbaycan planı haqda sensasion açıqlamalar

24-04-2019, 08:38   

Qüdrət  Həsənquliyev: “Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək”

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev azpolitika.info-ya müsahibəsində Qərbin Azərbaycanda islahatların dərinləşməsində heç də maraqlı olmadığını bildirib. Onun sözlərinə görə, inkişaf etmiş Qərb-xristian dünyasının yaradacağı təhlükələrə əhəmiyyət vermədən, prezident islahatları dərinləşdirir.

“Qərbin Azərbaycandan istəyi nədir” sualına cavabında isə Q.Həsənquliyev deyib ki, Qərb Azərbaycandan Türkmənistan kimi bir dövlət qurmaq, torpaqlarımızı işğaldan azad etmək üçün müharibə etmək barədə düşünməməyi istəyir. Deputat fikrini belə əsaslandırıb: “Vaxtilə ABŞ səfiri Ramiz Mehdiyevə deyirdi ki, ”insanları küçələrdən yığışdırın". Müxalifətə isə həmin vaxt başqa sözlər deyirdi, başqa bəyanatlar verirdi. Bu yetərli deyilmi?! Qərbin ölkəmizdə demokratik dövlət quruculuğu prosesinə kömək etmək üçün çox böyük imkanları olduğu halda heç vaxt bunu etməyib. Etdikləri isə qarşılığında nələrisə öyrənmək və bu yolla proseslərə mane olmaq məqsədi daşıyıb.

İlham Əliyev fərqindədir ki, islahatlar sürətləndirilsə, Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək. Onlar bacardıqları qədər xristian ölkəsi ilə müharibə vəziyyətində olan müsəlman Azərbaycanın siyasi və iqtisadi baxımdan inkişaf etmiş, müasir, böyük beynəlxalq nüfuza malik güclü bir dövlətə çevrilməsinə imkan verməməyə çalışacaqlar. Bu məqsədlərinə çatmaq üçün çalışacaqlar ki, daxildə hakimiyyət uğrunda 1993-cü ildəkindən də qanlı savaşlar törətsinlər. Radikal müxalifət düşərgəsində, ortada heç nə olmaya-olmaya öncüllük üçün bir-birinə “qardaş” deyib, amma bir-birinə qarşı hər cür mənəviyyatsızlığa əl atanlar, görün xaricdən real hakimiyyət vədi alarlarsa nələr edərlər... Qardaş qırğınına belə gedərlər.

Xristian dünyası bilir ki, güclü, demokratik, inkişaf etmiş Azərbaycan, hansı ki, bu yalnız islahatlar yolu ilə mümkündür, təkcə sözdə yox, əməldə də işğalla barışmayacaq. Onlara isə müharibə lazım deyil. Torpaqlarımızın xristian ermənilər tərəfindən məskunlaşdırılması, təbii sərvətlərimizdən və nəqliyyat infrastrukturumuzdan istifadə lazımdır".

Q.Həsənquliyev bununla belə, bildirib ki, Qərbin istəklərinin nəzərə alınması və islahatların gecikdirilməsi sosial partlayışların baş verməsi ehtimalına görə daha təhlükəlidir: “Ona görə də, prezident mövcud durumu nəzərə alıb, tədrici və ardıcıl addımlarla cəmiyyəti inkişaf etdirmək, müasir təfəkkürlü Azərbaycan insanı formalaşdırıb bu reallığı xarici dairələrə qəbul etdirmək istəyir. Vaxtilə söyləmişdim ki, islahatlar dərinləşdikcə təxribatların miqyası genişlənəcək. Amma biz xalqımızla bizi gözləyən təhlükələr barədə açıq danışmalı, təxribatlardan qorxmamalıyıq”.

Akif NaÄı ile ilgili görsel sonucu

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a şərhində Q.Həsənquliyevin çox ciddi və həqiqət yükü olan məsələləri dilə gətirdiyini bildirib: “Maraqlı və çoxlarının başa düşmədiyi, yaxud bilərəkdən görməməzliyə vurduğu məqamdır. Bir çoxları hesab edirlər ki, Qərblə yaxınlaşma, onların dediklərini gözüyumulu həyata keçirməklə hər şeyə nail ola bilərik. Qərb dəyərlərini birmənalı şəkildə ideallaşdırmağa çalışırlar. Əlbəttə, Qərbdən də nəsə götürməliyik, amma kortəbii təqlidçilik çıxış yolu deyil. Bir anlığa sovet işğalı dövrünü xatırlatmaq istəyirəm, o vaxt Moskvadan gələn hər şeyin sözsüz qəbul olunması tələb olunurdu, qəbul etməyənlərə, yüngül desək, pis baxırdılar. İndi Qərbdən gələn hər şeyə də elə bir yanaşma ilə üz-üzəyik. Qərb öz maraqlarını güdür, Moskva kommunizm ideyaları adı ilə öz istəklərini bizə necə qəbul etdirirdisə, Qərb də liberal dəyərlər adı altında Azərbaycanda öz hegemonluğunu bərqərar etməyə çalışır. Ona görə də Azərbaycan rəhbərliyi və cəmiyyəti diqqətli olmalı, öz maraqlarımıza cavab verən milli dəyərlərimizə uyğun münasibətlər sistemini qurmalı, ağıllı və sərfəli islahatlar aparmalıdır. Biz özümüzun siyasi, iqtisadi, mənəvi sistemimizi qurmalıyıq. Qurduğumuz model bütün müsəlman və türk dünyası üçün nümunə ola bilər. Artıq bunun əlamətləri hiss olunur. İslam və türk dünyasında Azərbaycan modelinə maraq  müşahidə olunur”. A.Nağı vurğuladı ki, Qərb ölkələrini təqlid edib, onlara uyğun model qurmaq yanlış yoldu: “Bizim Qərbi təqlidlə quracağımız model bir çox cəhətlərinə görə əlverişli olmayacaq. Həmçinin Qarabağın işğaldan azad edilməsi işinə uyğun gəlməyəcək, bu yöndə səmərəli olmayacaq”.

Politoloq MÉhÉmmÉd ÆsÉdullazadÉ ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Qərb islahatları dəstəklədiyini bəyan etsə də, islahatların bir həddə qədər aparılmasında maraqlıdır, həmin xəttin keçilməsində isə maraqlı deyil: “Azərbaycan bir neçə on ildir ki, müstəqil və manevr siyasət yürüdür. Regionda maraqlı ölkələrin siyasətini tarazlaşdıra bilir. Qərblə və Rusiya arasında uzun illərdi ki, toqquşma hazırda yeni mərhələyə keçib. Belə bir situasiyada ölkəmizdə siyasi təhlükəsizliyi və stabilliyi qorumaq üçün mütləq şəkildə islahatlar labüddür. Qərb Azərbaycanda islahatları dəstəkləyib. Bununla paralel Qərbin Azərbaycana diktə etdiyi şərtlər olub, amma iqtidar bu şərtlərlə razılaşmayıb və razılaşmır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar