Şri-Lanka teraktlarının DƏHŞƏTLİ PƏRDƏARXASI - Növbəti hədəf BU ÖLKƏDİR

24-04-2019, 14:36   
 

“Şri-Lankada baş verən terror aktlarının arxasında ABŞ-Çin rəqabəti dayanır”.
Publika.az xəbər verir ki, bu iddia Türkiyənin “Xəbər7” nəşrinin yazarı Taha Dağlının məqaləsində yer alıb.
Yazar 21 aprel müqəddəs Pasxa bayramı günü Şri-Lankanın 3 böyük şəhərində törədilən və 359 nəfərin ölümünə səbəb olan teraktların pərdəarxasındakı siyasi detalları qələmə alıb.
Həmin məqaləni təqdim edirik.
İŞİD məsuliyyəti öz üzərində götürdü, müsəlmanlar təşviş içində
Hücumların məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb. Bu vəziyyəti Şri-Lankada yaşayan müsəlmanları təşviş içində qoyub. Ölkə əhalsinin 12-15%-i müsəlmandır. Əksəriyyəti buddist, digər qismi isə xristian dininə sitayiş edir. Lakin hücumlarda kilsələr və xristianlar hədəf olub. Bu səbəbdən oxlar ölkədəki müsəlmanlara çevrilib.
İkinci Arakan qorxusu
Şri-Lankada eynilə Arakanda olduğu kimi buddistlərin müsəlmanlara istiqamətlənmiş soyqırımı təhlükəsi var. Ötən ilin mart ayında Kendi şəhərində buddist qruplaşmaların müsəlmanlara qarşı hücuimları olmuş, onlarla insan ölmüş, müsəlmanlara aid yüzlərlə ev və mağaza darmadağın edilmişdi.
İŞİD-lə əməkdaşlıqda ittiham olunan təşkilatın sələfi çıxdı
Şri-Lankada kiçik bir terror qruplaşması olan Milli Tövhid Camaatının kilsələrə terror hücumlarının arxasında olduğu iddia edilmişdi. Ölkədəki müsəlmanların çoxu sünnidir. Lakin onların içində şiə də var. Lakin bu iki tərəf arasında gözəçarpan bir fikir ayrılığı yoxdur. Milli Tövhid Camaatı isə Səudiyyə Ərəbistanına yaxın vəhhabi istiqamətdəki təşkilatdır. Sözügedən təşkilatın üzvlərinin sayı 150-200-ü keçmir.
İnterpol və FTB hərəkətə keçdi
Hücumların məsuliyyətini İŞİD öz üzərinə götürmədən əvvəl beynəlxalq axtarış sistemi İnterpolun hərəkətə keçdiyi açıqlanmışdı. Ölkədəki müsəlmanlar isə axtarışların İnterpol ilə məhdudlaşmadığını, ABŞ Federal Təhqiqatlar Bürosunun da Şri-Lankaya gəldiyini deyir.
Müsəlmanlarla buddistlərin münasibətləri
Şri-Lankada hazırda hökumətə buddistlər rəhbərlik edir. Ötənilki seçkilərdə müsəlmanlar da hökumətdə təmsil olunmaq haqlarına qovuşdular. 4-ü nazir, 2-i nazir müavini olmaqla, 6 nazirlikdə müsəlmanlar var. Onlardan biri də iqtisadiyyat naziridir. Hökumətdəki buddist qrup müsəlmanlarla yaxın münasibətdədir. Lakin bu mərhələdə hökumətin dəyişməsi müzakirə mövzusudur. Bu durumda müsəlmanlara heç də yaxın olmayan və xüsusilə Hindistanın təsirindəki buddist partiyaların hökumətin başına keçəcəyi ehtimal edilir. Hücumlardan bir müddət öncə Şri-Lankada Hindistana yaxın buddist media orqanları ilə siyasətçilərin müsəlmanları hədəf alan təhdidləri diqqət çəkir.
Müsəlmanlar Türkiyədən kömək istəyir
Terror hücumlarını təşkil etməkdə ittiham olunmaqdan qorxan müsəlmanlar Türkiyədən yardım istəyir. İnterpol və FTB-nin ölkədə olduğunu vurğulayan müsəlmanlar Türkiyə hökumətinin istintaqa daxil olmasını tələb edir.
Şri-Lanka ABŞ və Çinin hədəf taxtasında
Şri-Lanka coğrafi mövqeyi etibarilə ABŞ və Çinin maraq dairəsindədir. Çinin burada əhəmiyyətli miqyasda sərmayəsi var. Çin üçün Şri-Lanka yol qovşağı layihəsində əhəmiyyətli bir liman və keçid nöqtəsidir. Ötən il Kolombo limanı üçün 1 milyard dollardan çox maliyyə ayrılıb. Çin bu layihə çərçivəsində Şri-Lankaya 10 milyard dollar sərmayə qoymağa hazırlaşır. Rəsmi Pekinin Şri-Lanka adasını təbii liman olaraq yol qovşağı layihəsində baza kimi istifadə etmək niyyəti var.
Pakistandan sonra Şri-Lanka
Çinin ticarət marşrutu layihəsində Pakistana sərmayə qoymasının ardınca Pakistan-ABŞ münasibətləri soyumuş və bu ölkədə teraktların sayı artmışdı. Bu gün eyni aqibətin Şri-Lankanı da gözlədiyi ehtimal edilir. Şri-Lankanın Hindistana yaxınlığı, Hindistanın isə ABŞ-İsrail oxu üzərində yerləşməsi Çinin Şri-Lanka hesablarında mənfi faktorlar… Bu balansda ABŞ-ın Hindistan vasitəsilə Şri-Lankanı Çinə uduzmamaq üçün həmlələr etdiyi və edəcəyi böyük ehtimaldır. Terror hücumlarının da pərdəarxasında bu faktorların olduğu bəllidir. Şri-Lankada müsəlmanların “təmizliyi” və birbaşa Hindistana bağlı buddistlərin hökuməti ABŞ-ın qolunu qüvvətləndirəcək.
Növbədə Avstraliya
Yeni Zelandiyada müsəlmanlara, Şri-Lankada xristianlara qarşı hücumlar, Pakistanda son bir ildə artan teraktlar növbəti hədəfin Avstaliya olacağını deyə bilər. Çünki ABŞ-Çin rəqabəti bu bölgədə də var. Xüsusilə, Çinin Avstraliya ilə kənd təsərrüfatı layihələrində yaxın münasibətləri və tərəfdaşlığı mövcuddur.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar