Nazirlər Fuad Muradovun tədbirini boykot edib - Səbəb
25-04-2019, 09:44
Dünən Fuad Muradov Diaspora işləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsinin bir illiyi münasibəti ilə Azərbaycan Diaspor könüllülərinin tədbirini keçirib.
Yenicag.az-a istinadla xəbər veririk ki, Fuad Muradov hesabat xarakterli tədbirə xarici işlər naziri Elmar Məmədyarovla gənclər və idman naziri Azad Rəhimovu da dəvət edib. Hətta Azad Rəhimov və Elmar Məmmədyarov üçün masa da qoyulub, ancaq adıçəkilən nazirlər tədbirə qatılmayıblar.
Onu da qeyd edək ki, bir müddət öncə F. Muradovun gənclər və idman naziri olmaq iddiasında olduğuna dair söhbətlər gəzirdi. Bu baxımdan Azad Rəhimovun gələcəyini təsdiqlədiyi tədbirə son anda qatılmaması nazirin komitə sədrinə bu səbəbə görə “sürpirz”i sayıla bilər.
Qeyd edək ki, xaricdəki səfirliklərlə, diaspora nümayəndələri arasında gərginliyin olduğu və iki tərəf arasında gizli mübarizənin getdiyi də gələn məlumatlar arasındadır. F. Muradovun təşkil etdiyi tədbirə dəvətli olduğu halda E. Məmmədyarovrun gəlməməsi iki qurum arasında gizli savaşla bağlı deyilənlərin gerçək payını artırır.