“Formula-1”: Kanalizasiya qapağı açıldı, bolid darmadağın oldu – AĞIR QƏZA

26-04-2019, 14:33   




 
"Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib.

ONA-nın məlumatına görə, bu hadisə birinci sərbəst yürüş zamanı yaşanıb.

Belə ki, "Uilyams” komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub. 

Bu səbəbdən Corc Rassell də çıxışını dayandırıb. Həmçinin bolidin hissələri trassa səpələndiyindən yürüş dayandırılıb. 

Qeyd edək ki, bu qəzadan sonra Beynəlxalq Avtomobil Federasiyası bütün kanalizasiya qapaqlarını yoxlamağa qərar verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar