“HÖRMÜZ BOĞAZI BAĞLANSA, BÖYÜK FƏLAKƏT OLACAQ” – Fransanın məşhur kəşfiyyatçısı xəbərdarlıq edir
26-04-2019, 17:12
ABŞ bildirib ki, İran neftini almağa embarqodan heç bir istisnaya daha dözməyəcək, bu səbəbdən potensial alıcıları (Hindistan, Çin, Yaponiya, Türkiyə, Tayvan, İtaliya, Yunanıstanı) Amerika sanksiyaları təhdid edə bilər. Tehran cavab verib ki, onun nefti sərbəst tədavüldən məhrum edilsə, eyni şey onun güclərinin bağlaya biləcəyi Hörmüz boğazından bütün enerji axınlarına da toxunar. Belə bir addım Vaşinqtonun qərarını İsraillə birlikdə alqışlayan Səudiyyə Ərəbistanını birinci növbədə vura bilər. Qeyd edilməlidir ki, ər-Riyad aprelin 23-də terrorizm, (İranın xeyrinə) casusluq və pozucu fəaliyyətə görə 37 məhkumun başını kəsmək və çarmıxa çəkməklə son üç ildə ən irimiqyaslı edam həyata keçirib (onların çoxu şiə idi)… Vaşinqtonun cavabını çox gözləmək lazım gəlmədi: Hörmüz boğazı bağlanarsa,“onu zorla açacağıq”! Madam belə bir variant nəzərdən keçirilir, durum ciddi kəslinləşə bilər. Xəyallar qurmağına dəyməz: belə bir addım bölgəsəl savaşa, ya da hətta nəsə daha pis bir şeyə apara bilər. Amerikanın Moskva səfiri Con Hantsman (Jon Huntsman) öz növbəsində “200 000 tonluq” diplomatiyadan danışaraq bununla Amerika aviadaşıyıcılarına işarə edib. Hətta Fransa vətəndaşları da (“sarı jiletlər” və solçu anarxistlər şənbə günləri onların yaşayışını korlasa da”) nəticələri tam şəkildə duyurlar, çünki yanacaq, elektrik və qaz qiymətləri dəfələrlə artacaq. Boğazdan bütün neftin 40%-nin getdiyini unudubsunuzsa… Bu, neft böhranından daha qorxunc olacaq, çünki blokada “müəyyən vaxtda” sürəcək və İranın yüzlərlə sahil batareyasını zərərsizləşdirmək, dənizdə minaları tutmaq, habelə Fars körfəızi ölkələrində hərbi əməliyyatları və teraktları durdurmaq hətta qüdrətli Amerikaya da asan olmayacaq… Mənzərəni ABŞ-ın İranın İnqilab keçikçilərini terrorçu təşkilatlar siyahısına daxil etmək haqda bu yaxınlardakı qərarı tamamlayır. Burada da cavab yenə də özünü gözlməyə vadar etməyib və Tehran da indi Amerika hərbçilərini terrorçulara bərabər tutur. Nəticədə onlar əsir düşəcəkləri halda (Hörmüz boğazındakı hadisələrdən sonra belə bir şey artıq olub) Cenevrə konvensiyalarının müdafiəsindən yararlanmayacaqlar. Amma, əlbəttə, bu, blefdir, çünki Tehran heç vaxt, özəlliklə 1979-cu il noyabrın 4-dən 1981-ci il yanvarın 20-ədək Amerika diplomatlarını girov saxlayan zaman beynəlxalq qaydaları heç vaxt gözləməyib. Ayətullah Xomeyninin (mətndə bu cürdür-tərc.) keşikçilərə on il boyunca başçılıq etmiş general-mayor Məhəmmədəli Cəfərinin yerinə yeni lider təyin etməyi mənalı addım olub: onun müavini, briqada generalı Hüseyn Salami onun davamçısı olub. Ali lider sıradakını bildirib: “İnqilabi fəaliyyətin müxtəlif sahələrindəki bacarıq və təcrübənizi nəzərə alaraq sizi general-mayor və İnqilab keşikçilərinin baş komandanı təyin edirəm”. Qeyd etməyinə dəyər ki, keşikçilərin keçmiş bölmə komandiri, İran rəhbərliyini qorumaqla məşğul olan briqada generalı Əli Nəsirinin fərariliyi haqda son bir neçə gündə İsrail mətbuatında (və sosial şəbəkələrdə) saxta xəbər dolaşıb. Ali liderin İnqilab keşikçiləri arasındakı təmsilçisi Hüseyn Taiblə davadan sonra aprelin 11-də heç bir ayrıntılı açıqlama olmadan onu polkovnik Fətullah Cumeyri əvəz edib. Şayiələrə görə, guya o bir qalaq məxfi sənədlə Yaxın Şərqin bir ölkəsindəki Amerika səfirliyinin ərazisinə qaçıb. Bununla belə, fotolardan birində görünür ki, o, general Salaminin vəzifəyə başlamasında iştirak edib. Əlbəttə, şəkil saxta ola bilər, çünki bu gün heç kimə inanmaq olmaz! General Salami 1960-ci ildə doğulub və İran-İraq savaşı zamanı İnqilab keşikçilərinin sıralarına daxil olub. 1992-1997-ci illərdə bu təşkilatın Komandanlıq Universiteti və qərargahına başçılıq edib, sonra isə “heyətlə əməliyyat” üzrə müavin olub. 2005-2009-cu illərdə keşikçilərin aviasiyasına başçılıq edib. Qeyd edək ki, rejimin raket proqramıyla məhz bu bölmə məşğul olur. Salami 2009-cu ildə Cəfərinin müavini təyin olunub. General dəfələrlə fitnəkar bəyanatlarla qeydə alınıb. Məsələn, 2018-in oktyabrında İsrail baş nazirinin “üzməyi öyrənməyinə dəyər, çünki, ola bilsin, ölkədən qaçmalı olacağını” bildirəndə. Bir dəfə əlavə edib: “İsraillilər bizim üçün özəl təhlükə təşkil etmirlər, onları məhv etmək üçün təkcə “Hizbullah” bəs edər”. 2019-un yanvarında sıradakını deyib: “Biz bildiririk ki, İsrail bizimlə savaşa başlamağa hazırlaşır. Bu onu məhvinə və işğal edilmiş ərazilərin azad edilməsinə gətirəcək. İranın strategiyası budur ki, sionist rejim siyasi xəritədən silinsin və israillilər öz cinayətkar fəaliyyətlərilə buna şərait yaradırlar”. O, fevralın 19-da vurğulayıb ki, İran “Amerika, İsrail və tərəfdaşlarını və müttəfiqlərini məhv etməyə hazırlaşır. Bizim savaşımız məhəlli müharibə deyil”.
Yada salaq ki, Hörmüz boğazının qorunmasını sahildə və adalarda yüzlərlə sahədə yerləşən yer-dəniz raketləri vasitəsilə məhz İnqilab Keşikçiləri təmin edir. Buna görə də gedən gəmilər onlar üçün tirdəki hədəf kimi bir şey olur. Həm də yer-yer raketləri qarşı sahilə, o cümlədən neft anbarlarına zərbə üçün istifadə oluna bilər. Xüsusi bölmələr habelə təxribat apara, gəmiləri hücumla götürə, mina düzə bilər. Nizami ordu öz növbəsində Ərəbistan dəniziylə məşğul olur, amma orada iranlılar üçün hər şey xeyli çətindir, çünki orada ABŞ-ın 22 apreldən maksimal hazırlığa gətirilən 5-ci donanması onlara qarşı durur. İran ordusu və təhlükəsizlik güclərinin güclü tərəfi onun sayında (səfərbərliyə qədər 750 000 nəfər), ərazinin ölçüsündə (1648 000 kv.km.) və vətənsevərliyindədir. Onların zəifliyiHHM, effektsiz donanma və köhnəlmiş texnikadadır. 1979-da əsası qoyulmuş İslam İnqilabı Keşikçiləri Korpusunun sıralarında birbaşa ali liderə tabe olan tam 125 min döyüşçü var. O, bir növ paralel ordunu təmsil edir, baş vəzifəsi isə “inqilabı və onun uğurlarını qorumaqdır”. Bundan savayı, korpusda general-mayor Qasım Süleymaninin komandanlığı altında xarici əməliyyatlarla məşğul olan “əl-Qüds” özəl bölməsi var. O, özünəməxsus “dövlət içində dövlət”dir və birbaşa ali liderə tabedir. O, Suriyada çox fəal, Yəməndə qismən az iştirak edir.
İstənilən halda, Süleymani öz fəaliyyətinə görə Cəfərinin qarşısında hesabat vermir, amma güman etmirəm ki, bu, varislə bağlı dəyişilər. Keşikçilərin əhvali-ruhiyyəsindən çox şey danışan (biz kiməsə haqq qazandırmağa çalışmırıq) bir tvit onun ayağına yazılır: “Səninlə (Trampla) mən, əsgər Süleymani danışır. Sən bizə tarixin hələ görmədiyi savaşla hədə gəlirsən. Bu ancaq barmenə layiq qəlyanaltı bəlağətidir və təmsil etdiyin millətin ləyaqətini yalnız kiçildir. Bizim prezident sənə cavab verməkdən xeyli yuxarıdır. Amma mən əsgərəm, cavab verərəm. Siz əlinizdən gələni artıq edibsiniz, amma heç nəyə nail olmayıbsınız. Son iyirmi ildə nə edə bilibsiniz? Tanklar, zirehli texnika və helikopterlərlə gəldiniz ki, pis silahlanmış taliblərlə vuruşasınız, amma orada lələklərinizi yondular. Qətlə yetirdiklərinizin 60%-dən çoxu dinc sakindir. Sizin 110 000 əsgəriniz artıq 17 ildə heç nə edə bilməyib. İndi Əfqanıstanda taliblərə yalvarmalı olursunuz, amma sizdə hələ üz var ki, bizi hədələyirsiniz? Mən Süleymani “əl-Qüds”lə birgə sizə qarşı çıxaram. Sizi necə məhv etmək haqda düşünmədiyimiz bir gecəmiz də olmur. Agah olun, biz sizin lap böyrünüzdəyik, hətta ağlınıza gəlməyən yerdəyik”. Əlbəttə, bu, xalis təbliğatdır, amma bundan görünür ki, Vaşinqtonun rəqibi əsla ruhdan düşməyib. Bütün bunlarla yanaşı, sanksiyalar hələ martda gündə 1,7 milyon, o cümlədən Çinə 630 000 barrel ixrac edən İrana ciddi zərbə olacaq (bu durumda Pekin və Ankaranın mövqeyi hələ bəlli deyil). Adətən, maliyyə mədaxilinin yoxluğu artıq bu yaxınlarda ölkənin 31 bölgəsindən 25-də daşqınlardan ziyan görmüş dinc əhaliyə təsir edir. Vaşinqton ümid edir ki, iranlılar son nəticədə hökumətə qarşı üsyana qalxar. Əslində, o, yekunda yalnız daha amansız ola, xalq isə birləşə bilər – 1980-ci il sentyabrın 22-dən 1988-ci ilin 20 avqustuna qədər İraqla “zorla qəbul etdirilmiş” savaşın gedişində olduğu kimi. Alen Rodye Atlantico (Fransa), 25.04.2019 Tərcümə Strateq.az-ndır.