ABŞ Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasını Moskvanın Ankara ilə Qərb müttəfiqləri arasında uçurum yaratmağa hesablanmış “strateji hiyləsi” hesab edir.Bu sözləri ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Erik Pahon deyib.
“Gürcüstan, Ukrayna və Suriyadakı Rusiya aqressiyası Türkiyənin təhlükəsizliyini zəiflədib. Biz səmimiyyətlə ümid edirik ki, Türkiyə S-400-lərdən imtina edəcək, hava məkanının təhlükəsizliyini NATO texnikasına uyğun sistemlərlə təmin edəcək və F-35 proqramına qoyduğu investisiyaları saxlayacaq. Biz 70 il ərzində yaxşı və çətin məqamlarda Türkiyə ilə müttəfiqimiz kimi çalışmışıq və bu münasibətləri qoruyub saxlamaqda qərarlıyıq”, - Pahon bildirib.Axar.az