ABŞ-ın Ermənistanda batan layihəsi - Vaşinqtondan İrəvana ilginc hədə

29-04-2019, 09:20   


Erməni inqilabına Amerika dəstəyinin detalları açıqlandı; amerikalı analitik: “Paşinyan ABŞ-la oyun oynamağa son qoymalıdır”; ümidləri doğrultmayan və Ağ Evə kələk gələn inqilabçı baş nazirdən hesab tələb edildi...

ABŞ-ın “gizli qərbçi” Nikol Paşinyandan məyusluğu artıq sirr deyil. Əsas da iki səbəbdən: Paşinyanın müxalifətdə ikən və xüsusən də inqilab zamanı vəd elədiyinin ziddinə olaraq, ölkəni Rusiya orbitindən çıxarmağa girişməməsi və Qarabağ məsələsində sələflərindən də sərt mövqe tutaraq, faktiki surətdə Moskvanın əlinə işləməsi.

Yəni söhbət faktiki şəkildə erməni inqilabçı baş nazirin Vaşinqtonu aldatmasından gedir. Çünki ABŞ-da doğru olaraq hesab edirlər ki, həlli uzanan Qarabağ məsələsi Ermənistanı Rusiyaya “ət-dırnaq” kimi bağlayan əsas amil olaraq qalır. Bunu ötən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda olarkən açıq mətnlə N.Paşinyanın diqqətinə çatdırmışdı. Amerikalı yüksək çinli məmur Ermənistanın Türkiyə və Azərbaycanla əlaqələrinin normallaşması və Rusiya ilə ənənəvi bağların qırılması üçün Paşinyana  9 dekabr parlament seçkilərindən dərhal sonra Qarabağ məsələsində real addımlar atmağı da təkidlə məsləhət görmüşdü. Ardınca eyni mesaj prezident Donald Trampın Paşinyana göndərdiyi məktubda əksini tapdı. Trampın məktubunda belə bir mesaj da var idi ki, qonşuları ilə anlaşa bilməyən Ermənistan təhlükəsizlik şəraitində mövcud ola bilməz.

*****

PaÅinyan Serj SÉrkisyan ile ilgili görsel sonucu

ABŞ-ın bu kimi tələb-istəklərə hər şeydən öncə haqqı çatır. Çünki Ermənistandakı “məxməri inqilab”da həlledici rolu məhz Vaşinqton oynayıb. Paşinyanın Serj Sərkisyan rejimini devirməsində, 20 ildir iqtidarda olan Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırmaqda postsovet ölkələrində ən böyük səfirliyə malik İrəvandakı ABŞ diplomatik nümayəndəliyinin aparıcı rol oynadığı artıq danılmaz faktdır.

Bu xüsusda Vaşinqtondakı Kornegi Fondunun böyük elmi işçisi, Rusiya və Mərkəzi Asiya məsələləri üzrə direktor, Corctaun Universitetinin professoru Pol Stronskinin öz twitter səhifəsində bu günlərdə baş nazir N.Paşinyana ünvanlandığı müraciət yetərincə maraq doğurur. Həmin müraciət həmçinin Azərbaycanın maraqları və Dağlıq Qarabağ məsələsində Bakı-İrəvan danışıqlarının mümkün perspektivi baxımından önəmli hesab edilə bilər.

“Yeni Müsavat” “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, amerikalı professor özünün kifayət qədər sərt tənqidi tonda olan müraciətində öncə Paşinyandan Ermənistan xarici siyasətində amerikayönlü vektoru gücləndirməyi tələb edib.

KöçÉryan vÉ SÉrkisyan ile ilgili görsel sonucu

Diqqət edildi, yəqin ki, söhbət xahiş-minnətdən yox, məhz tələbdən gedir. Bunun da səbəbi var: P.Stronski Paşinyana xatırladıb ki, Vaşinqton uğurlu “məxməri inqilab” üçün İrəvana 25 milyon dollar xərcləyib.

“Nikol Paşinyan işə başlamalı və ABŞ-la siyasət oyunu oynamağa son verməlidir. ABŞ 2008-ci ildə Köçəryan və Sərkisyanı sərt şəkildə tənqid edirdi və ”Minilliyin çağırışı" proqramı çərçivəsində o vaxt İrəvan üçün həlledici olan yol layihəsinə vəsait ayrılmasını dayandırdı. Ona görə ki, Ermənistan həlledici demokratik göstəriciyə nail ola bilmədi (2008-ci ilin martında, Serj Sərkisyanın 1-ci prezident seçkisi zamanı İrəvanda 10 nümayişçinin ölümünə gətirən qətliam nəzərdə tutulur - “YM”). Bu, çox mühüm qərar idi", - deyə amerikalı professor qeyd edir.

Müraciətdə daha sonra deyilir: “Bu yaxınlarda Paşinyanın guya Amerikanın 2018-ci ildəki ”məxməri inqilab"dan sonra Ermənistanı müdafiə etmək üçün heç nə etməməsi barədə səsləndirdiyi tənqid isə həqiqətə uyğun deyil. ABŞ hakimiyyət dəyişikliyindən sonra bu ölkəyə öz köməyini əhəmiyyətli şəkildə artırıb. Belə ki, pul vəd edib bu vədi ləng yerinə yetirən Avropa Birliyindən fərqli olaraq, ABŞ-dan Ermənistana 6 ay ərzində 14 milyon dollar həcmində əlavə yardım daxil olub. Bütövlükdə isə ötən il Birləşmiş Ştatlar Ermənistana 25 milyondan çox yardım edib. Və bu 1992-ci ildən üzü bəri Ermənistana Amerika tərəfindən edilən 1 milyard dollarlıq yardımdan əlavədir".

Pol Stronski ile ilgili görsel sonucu

Pol Stronski

Beləcə, Corctaun Universitetinin professoru faktiki şəkildə Ermənistan siyasi sisteminə ABŞ maliyyə dəstəyinin detallarını açıb. Ardınca analitik qeyd edir ki, bu, böyük pullardır, lakin ABŞ daha böyük pullar verməyə  hazırdır, əgər Paşinyan hökuməti “siyasi prioritetləri və hərəkət planı”na aydınlıq gətirsə.

O sırada o, İrəvanı Moskvanın diktəsi ilə Suriyaya əsgər göndərməkdə ittiham edib. “ABŞ Suriyadakı erməni diasporunun varlığı səbəbindən Ermənistanın Suriyadakı maraqlarını başa düşür. Ancaq erməni sapyorlarının Rusiya missiyası tərkibində Suriyaya yola salınması Vaşinqtonu narahat etməyə bilməz”, - deyə o vurğulayıb və xatırladıb ki, həmin sapyorları amerikalı mütəxəssislər Ermənistanı minasızlaşdırmaq proqramı çərçivəsində hazırlamışdılar (“Yeni Müsavat” xatırladır ki, Paşinyan hökumətinin bu qərarı ilə bağlı ABŞ Dövlət Departamenti sərt etiraz bəyanatı yaymışdı).

“Belə görünür ki, İrəvanın nə Qərblə kommunikasiya ilə bağlı strategiyası var, nə də belə hərəkətlərlə Ermənistanın Avropa və Şimali Amerikadakı (ABŞ nəzərdə tutulur - ”YM") tərəfdaşlarının gözündə necə görünəcəyi barədə təsəvvürü. Düşünürəm ki, sapyorlarla bağlı məsələ qeyri-ixtiyari yanlışdır. Bununla belə, Nikol Paşinyanın ABŞ-ı ittiham eləmək yerinə görməli olduğu işi var", - deyə amerikalı təhlilçi sonda erməni baş nazirə xəbərdarlıq edib.

*****

Əlavə edək ki, nə bu hədə kimi tənqidlər, nə də “erməni ”inqilabı"na Vaşinqtonun maliyyə dəstəyinin detallarının açıqlanması ilə bağlı Paşinyan administrasiyasından hələlik cavab gəlməyib. Lakin cavabdan asılı olmayaraq, bir şeyi əminliklə söyləmək mümkündür və bunu amerikalı professorun müraciətindən də aydın görmək olar ki, Vaşinqton tipik erməni hiyləgərliyi ilə ona kələk gəlmək istəyən Paşinyanla bağlı yalnızca məyus deyil. Həm də qəzəblidir. Qalır, Nikolu hansı cəzanın gözləməsi. Hər halda, ABŞ kələkləri və kələkbazları unutmur...  

“Yeni Müsavat”ın analitik xidməti

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar