Azərbaycanda 8 nəfərin öldüyü hadisə ilə bağlı DƏHŞƏTLİ FAKT

29-04-2019, 16:33   
 

Bu gün Göygöl rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın məlumatına görə, rayonun Yeni Qızılca kəndi ərazisində, Gəncə-Daşkəsən yolunda baş vermiş ağır qəzada vəfat edən 8 nəfər Daşkəsən rayon sakinləridir. Belə ki, “Vaz 2106” markalı minik avtomobili Daşkəsənə doğru hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən digər maşını ötməyə çalışıb. Bu zaman sürücü qarşıdan “VAZ 2107” markalı digər avtomobilin gəldiyini görüb. Qəzadan yayınmaq istəyən sürücülərin ikisi də avtomobili yolun soluna doğru çəkiblər və qarşı-qarşıya toqquşublar.
Hadisə şahidləri bildiriblər ki, avtomobillər saatda 100-120 kilometrlə hərəkət edirmiş.
Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.
Trend-in baş verən hadisə nəticəsində "VAZ 2107" markalı avtomobildə olan - 1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu, onun 1 yaşlı qızı Həsənova Rübabə Eldəniz qızı, 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı, 1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı, "VAZ 21 06" markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfət oğlu, onun 3 yaşlı oğlu Camalov Hüseyn Aslan oğlu, 1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu, 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Həlak olanların hamısı Daşkəsən rayon sakinləridirlər.
Hadisə nəticəsində xəsarət alan Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Həsənova Ruhiyyə Ramiz qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar