13:14
Göygöl rayonunda ağır yol qəzası baş verib.
Report-un məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2106 və VAZ-2107 markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində ölüb, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qəzada xəsarət alanların olduğu da bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Onlardan 2-si uşaq, 4-ü qadın, 2-si isə kişidir.
***
Göygöl rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.
Trend-in məlumatına görə, baş verən hadisə nəticəsində VAZ-2107 markalı avtomobildə olan - 1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu, onun 1 yaşlı qızı Həsənova Rübabə Eldəniz qızı, 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı, 1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı, VAZ-21 06 markalı avtomobildə olan 1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfət oğlu, onun 3 yaşlı oğlu Camalov Hüseyn Aslan oğlu, 1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu, 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Həlak olanların hamısı Daşkəsən rayon sakinləridirlər.
Hadisə nəticəsində xəsarət alan Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Həsənova Ruhiyyə Ramiz qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
***
Göyöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.
Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2106 və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri olan iki ailənin üzvləri və yaxın qohumları, ümumilikdə 8 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qəza zamanı yaralanan, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənovanın müalicəsi isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinədə davam edir və vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.
Artıq ölənlərin hamsı meyiti ailəsinə təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.