“Azərbaycanda hər il sistemə daxil olan sağlamlıq imkanları məhdud uşaqların sayı artır”. “Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, 2015-ci ildə orta və ali ixtisas təhsili müəssisələrinə sağlamlıq imkanları məhdud olan 660 uşaq qəbul olmuşdusa, 2016-cı ildə bu göstərici 1019 olub: “Yəni burada 54 faiz artım müşahidə olunub. 2017-ci ildə bu göstərici 24 faiz artaraq 1258 nəfər, 2018-ci ildə isə 20 faiz artaraq 1500-ə qədər çatıb. Bu artım onu göstərir ki, təhsil əlçatandır”. Nazir müavini bildirib ki, Azərbaycanda orta və ali təhsil müəssisələrində təhsil alanların sayı, təxminən, 225 mindir:“Onların da 70 faizi ödənişli əsaslarla təhsil alır”. Maraqlıdır, dünyada başqa bir ölkə varmı ki, orada təhsil 70 faiz pullu olsun?