Kremlin ən amansız tənqidçisi “StalinGulag” anonimliyinə son qoyub: Kim olsa yaxşıdır?

4-05-2019, 10:46   
 
BBC radiosu Rusiyanın ən populyar Telegram-bloqqer, “StalinGulag” səhifəsinin sahibi ilə görüşməyə nail olub. Kanalın sahibi lap bu yaxınlara qədər anonim olub. Ona rica edəndə ki, özünü təqdim etsin – o deyib ki, mənim adım Aleksandr Qorbunovdur, “Mən “Stalinqulaq”-ın müəllifiyəm.
Qorbunovun 27 yaşı var, o asta səslə danışır. Oxumuş, təhsilli, Avropa universitetlərinin professorları kimi geyinir. Özündən əmin və təmkinli adam təsiri bağışlayır.
Onun Telegram-kanalında isə tamam əks bir obraz var. Orda hər gün ən azı 69 dəfə söyüş saymaq olur. Jurnalistlə söhbətində isə o bircə kəlmə də söyüş işlətmədi.
“StalinGulag” səhifəsinin 300 min izləyicisi var və Rusiyanın ən populyar Telegram-kanalıdır. Qorbunov öz kanalında rus reallığını mütəmadi tənqid edir, siyasətçi Aleksey Navalniy isə 2017-ci ildə onu ölkənin əsas siyasi köşə yazarı adlandırmışdı.
Qorbunov ölkənin ən ziddiyyətli və ən populyar Telegram-kanalının sahibi olduğunu etiraf etməzdən öncə uzun müddət tərəddüt edib.
“StalinGulag”ın bu yaxınlarda əsas mövzuları Şimali Koreya Lideri Kim Çen Inın Rusiya səfəri, hakimiyyətin 5G texnologiyası ilə tanışlığı, Ukraynada prezident seçkiləri və Rusiyanın ispan vetçinası və pendirinin idxalına qadağa qoymasıdır.
Aleksandr Qorbunov kanalında tez-tez gündəlik həyatın сəfəng və ədalətsiz olduğunu vurğulayır.
Aleksandr Qorbunovun müəllifi olduğu Telegram-kanalında bir post.
Keçən ay o Novosibrskidə yaşayan, pozitiv QİÇS nəticəsi çıxan övladlığa götürülmüş uşağın məktəbdən çıxarılmasından, İrkutskda yaşayan yaşlı bir xəstənin xəstəxanada bir neçə saat sadə qan analizinin cavabını gözlədikdən sonra intihar etməsindən yazıb.
Qorbunov BBC-yə deyir ki, “ağlasığmaz hadisələr yaşanarkən susmaq mümkün olmur”.
“StalinGulaG”ın arxasında dayanan adamın özünün də, Telegramda Kremli tənqid edən ən böyük ulduza çevrilməzdən öncə başına gəlmiş keşmekeşki hadisələr var.
O, 1992-ci ildə Şimali Qafqazda, Maxaçqalada anadan olub. Ona onurğa sütünü əzələlərinin atrofiyası, müalicəsi olmayan əzələ əriməsi kimi diaqnozlar qoyulub. Bu üzdən o bütün həyatını əlil arabasına məhkum şəkildə yaşamağa məcburdur.
Qorbunov ilk biznesini 13 yaşında internetdə qida əlavələri sataraq başlayıb. Belə kiçik başlanğıcdan sonra o kriptovalyutalar və birajalar üzrə uğurlu maliyyə treyderinə çevrilib.
İndi o arvadı ilə birlikdə Moskvada yaşayır və tez-tez restoran və teatrlara baş çəkərək gözəl həyat tərzindən zövq alır. O istəyir ki, onun kimi əlil olan şəxslərin də pul qazanaraq həyatlarını təmin etmək imkanı olmalıdır.
 
“Mən sadəcə yazmaq istəmişəm”
Sosial-şəbəkələrdə slenq və vulqar sözlərlə yazan Qorbunov şəxsi söhbətdə olduqca mədəni və savadlı insan ədasıyla danışır. O, onun kimi adamların tez ölə biləcəyindən xəbərdar olduğu üçün öz vaxtını maksimum yaxşı qiymətləndirməyə çalışır. Xəstəliyinin inkişaf etməməsi üçün daima dərmanlar içir ki, ömrü uzansın.
“Bu həyatda bir il çox yaşadın, ya bir il az – mənimçün mühüm deyil”, – Qorbunov deyir. “Mən ömrümün qalan hissəsini xəstəxanalarda keçirmək istəmirəm”.
Qorbunob “StalinGulag” obrazını ilk dəfə 2013-cü ildə, Twitter hesabı kimi açıb. O vaxt o hələ də Maxaçqalada yaşayırmış və vaxtının çox hissəsini evində keçirirmiş, çünki həmin şəhər əlillərin bayıra çıxıb gəzməsi üçün heç də asan yer deyilmiş.
“Mən sadəcə yazmaq istəmişəm” – o deyir. “Mənim kompyuterim və internetim olması o demək idi ki, dünyanı izləyə bilərəm… Həmişə də siyastələ yaxından maraqlanmışam”.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar