“Tarixin ən gözəl intiharı”nın gerçək hekayəsi: “Mən öldükdən sonra cəsədimi yandırın” – Foto

5-05-2019, 21:25   

1947-ci ildə 23 yaşlı Evelyn McHale adlı qız Nyu-Yorkun Manhetten adasında yerləşən 102 mərtəbəli məşhur göydələnin 86-cü mərtəbəsindən özünü ataraq intihar etmişdi.

Musavat.com xəbər verir ki, o, intihar etdiyi zaman binanın qarşısında dayanan və BMT-yə aid bir limuzinin üzərinə düşərək ölmüşdü. Lakin o, parçalanmamışdı, sanki avtomobilin üzərində yatırmış kimi uzanmışdı. Məhz buna görə də bu intihar tarixdə “Ən gözəl intihar” olaraq xatırlanır. Həmin hadisəni təsadüfən oradan keçən Robert Viles adlı fotoqraf lentə almışdı.

Evelyn adlı 23 yaşlı qızın nişanlısı Pensilvaniyada təhsil alırdı. Onun intiharından 3-4 gün əvvəl nişanlısını ziyarət etməyə gələn Lafayette ona bahalı bir boyunbağı almışdı. Evelyn mühasib vəzifəsində işləyirdi. Nişanlı bu durumdan narahat idi və onu çox qısqanırdı. Bu qısqanclıqlara görə onlar tez-tez mübahisə edirdilər. Evelyn nişanlısını yola salmadan öncəki gecə onu qaldığı yataqxanaya apardı, özü isə şəhərin mərkəzində qızlar üçün ayrılan otelə getdi. O, öz otağına gəlib, qeyd dəftərini açaraq, ora “Mənsiz çox daha yaxşı bir həyata sahib olacaq”, “Mən heç kəs üçün yaxşı bir həyat yoldaşı ola bilməyəcəm” kimi cümlələr yazıb. Daha sonra bu cümlələri yazdığı vərəqi cıraraq otağın bir küncünə atıb. Səhəri gün nişanlısı ilə keçirəcəyi son gün olacaqdı. O, nişanlısını hirsləndirməyəcəyi, günün sakit keçməsi üçün çalışacağı ilə bağlı özünə söz verir.

Səhər yeməyi ilə başlayan görüş şəhər gəzintisində bir gərginliklə sonlanır. Nişanlısı Evelynin işləməməsi haqqında yenidən danışmağa başlayır. Onlar yenidən mübahisə edirlər. Evelyn hər nə qədər üzülsə də nişanlısını yola saldığı və onun qəlbini qırmamaq üçün dediyi hər şey ilə razılaşır.

O, nişanlısını yola saldıqdan sonra şəhərə qayıdır. Nişanlısının gedişindən 2 həftə sonra – 1947-ci il 1 may günü Evelyn səhər tezdən Manhetten küçələrində boş-boş gəzməyə başlayır. Nişanlısının təkidi ilə işdən istefa verdiyi üçün çox üzgün idi.

Nişanlısının teleqrafına artıq bir neçə gün idi ki, cavab vermirdi. O, intihar etdiyi gün ən sevdiyi jaketini, ağ əlcəyini geyinmiş və nişanlısının ona aldığı boyunbağını taxmışdı. O, şəhərdə gəzərkən jaketinin cibindən oteldə gecə yazıb, sonra cırdığı kağızı tapdı. O, həmin kağızı cırıb atdığı günün səhərisi götürərək jaketinin cibinə qoyub saxlamışdı.

Evelyn şəhərdə gəzə-gəzə gəlib “Empire State” binasının qarşısına çıxdı. O, binaya daxil olaraq liftə mindi, 86-cı mərtəbədəki müşahidə platformasına gəldi. O, jaketini çıxararaq çantasını kənara qoydu. Sevgilisinin ona aldığı boyunbağını açaraq əlində tutan Evelyn özünü 86-cı mərtəbədən atdı. O, binanın aşağısındakı avtomobilin üzərinə düşərkən ürəyinin üstündə bərk-bərk tutduğu boyunbağısı və sanki sakitcə uzanıbmış kimi görüntüsü hər kəsi heyrətləndirmişdi. O qədər yüksəklikdən özünü atan gənc qızın bədəni heç bir zədə almamışdı.

Evelyn ölmədən əvvəl intihar məktubunda bunları yazmışdı: “Ailəmdən və ya dostlarımdan heç kimin mənim cəsədimi görməsini istəmirəm. Lütfən mən öldükdən sonra mənim cəsədimi yandırın. Bunun üçün sizə yalvarıram. Nişanlım mənə iyul ayında evlənməyi təklif etdi. Lakin mən kimsə üçün yaxşı bir həyat yoldaşı olmayacağımı düşündüm. O, məndən daha yaxşı bir insandır”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar