“Bloomberg”, 06.05.2019
Bir çox amerikalı Rusiyanın Yaxın Şərqə əsas oyunçu kimi qayıtmasından əndşələnir. Deyəsən, ərəblər də buna ümid edirlər.
Bu təəssürat Suriya müharibəsinə Rusiya, habelə müttəfiqləri İran və “Hizbullah”ın müvəffəqiyyətli müdaxiləsi ilə birlikdə yaranır. İsrail baş naziri Benyamin Netanyahu da Suriyadakı maraqlarını təmin etməyə çalışaraq, Vaşinqtona nisbətən Moskvaya daha çox səfər edib.
ABŞ-ın ərəb müttəfiqləri arasında Rusiyanın təsiri yalnız hökumətlərə şamil deyil və o, inkişaf edir.
“Arab Youth Survey”-in araşdırmasına görə, Yaxın Şərq və Şimali Afrikada 18-24 yaş arası gənc ərəblər getdikcə Rusiyaya müttəfiq olaraq baxır və ABŞ-ı etibarsız və ya pis tərəfdaş hesab edirlər.
Gənc ərəblər İranı əsas “milli düşmən” (64%) sayır, amma ABŞ bu göstəricidə (59 faizlə) ikinci pillədə durur.
Eyni zamanda, ABŞ-ın müttəfiq kimi nüfuzu aşağı düşür. Bu rəydə olan gənc ərəblərin nisbəti 2016-cı ildə 63 faiz, keçən il 35 və indi 41%-ə çatıb. Rusiya, əksinə, ötən ilki 69 faizdən bir az aşağıya enib, indi 65 faizlik müsbət reytinqə sahibdir.
ABŞ-a istiqamətli Körfəz ərəb ölkələrində gənclərin 43 faizi Moskvaya nisbətən Vaşinqtonu daha güclü müttəfiq olaraq görür, ancaq Rusiya bu bölgədə 42%-lik müsbət rəy alıb.
Xüsusilə maraqlı budur ki, Suriyadakı böhran İran və “Hizbullah” əleyhinə olan məkanda Rusiyanın nüfuzu artır.
Sovet İttifaqı 1973-cü ilin Ərəb-İsrail müharibəsindən və Misirin Vaşinqtonun orbitinə sürüklənməsindən sonra regiondan böyük dərəcədə kənarda qalmışdı. Soyuq müharibənin sona çatmasından sonra Rusiya Yaxın Şərqdə hər hansı bir varlığı əldə etmək üçün mübarizə aparırdı. Ancaq indi əsas xarici güc kimi geniş nəzərən keçirilir.
Onun artan nüfuzu, ehtimal ki, ABŞ-a nəzərən alternativ olması kimi başa düşülə bilər.
Körfəz bölgəsində Moskvanın yeganə rolu İranın əsas beynəlxalq müttəfiqi və ABŞ-dan silah almayanlarn alternativ silah tədarükçüsü olmasıdır, lakin bu ərazi ərəblər üçün çox vacibdir, hipotetik və çoxqütblü reallıqda ərəb cəmiyyətlərinin beynəlxalq dəstək üçün bir çox variantları var, əksər hallarda praktiki olaraq, həqiqətən, yalnız biri – ABŞ.
Rusiyaya göstərilən bu rəğbəti Moskvanın faktiki siyasəti, xüsusilə də Suriyaya müdaxiləsi və İranın himayəsi ilə izah etmək qeyri-mümkündür.
Ancaq Suriya müharibəsi Rusiyanın imicinə kömək edə bilər. 2015-ci ildə Moskva İran və “Hizbullah”la birlikdə prezident Bəşər Əsədin rejimini xilas edəndə, bu, 1991-ci ildə Küveytin azad olunmasından sonra Ərəb Dünyasında ilk uğurlu beynəlxalq müdaxilə idi.
Moskva güclü ortaq, sabitlik və suverenlik mücəssəməsinə çevrilib. Bunun əksinə olaraq, ABŞ prezidenti Barak Obama və Donald Trampın administrasiyaları Suriya və Yəmənə hava hücumları və Tehrana qarşı maliyyə müharibəsi apararaq ürküdücü və qeyri-effektiv olublar. Bu, riskli yanaşmadır.
Bununla yanaşı, ABŞ-ın ərəb müttəfiqləri Rusiyanı Vaşinqtondan istədiklərini əldə etmək üçün istifadə edirlər. Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemi satın almağa çalışdıqda, Vaşinqtonla sövdələşməzdən əvvəl Rusiyanın “S-400” alternativini satın almaq üçün hərəkətə keçib. Birləşmiş Əmirliklər müasir ABŞ döyüş təyyarəsi almaq üçün həmin səyləri davam etdirib. BƏƏ “F-35”-ləri istəyir, lakin onları almaq üçün, ehtimal ki, Rusiya ilə danışıqlar aparmaq məcburiyyətində qalacaq.
Rusiya uzun illər Yaxın Şərqdə mövcud olmayıb və 1970-ci illərdən bəri ABŞ bütün səhvlərə görə məsuliyyət daşıyır.
Fərdlərin oyunu da gedir. Tramp dünya səviyyəsində absurd bir fiqur və irqçi kimi qəbul edilir. Vladimir Putin, əksinə, güclü, qətiyyətli, amansız və ciddilik nümunəsidir. Trampın ona ehtiramı da Putinə xal qazandırır.
Beləliklə, Putinin qərarlı və etibarlı Rusiyasına qarşı qərəzli və qeyri-təvazökar ABŞ var.
Bal ayı çox davam etməyəcək. Gec-tez Rusiya öz davranışına görə cavab verməli olacaq. Rusiyanın İtaliyadan böyük olmayan iqtisadiyyata sahib olması nəzərə alınmaqla, onun qabiliyyəti məhduddur, ehtimal ki, yalnız Suriyada rolunu saxlayacaq.
Vaşinqton Yaxın Şərqdə aktiv iştirakdan özünü məğlub edərək geri çəkilməzsə, Rusiya böyük regional güc ola bilməyəcək və ehtimal ki, bir neçə həftə içərisində yox olub gedəcək.
Tərcümə: Strateq.az