TÜRKİYƏ 2 NÜFUZLU ŞƏXSİ ABŞ-a GÖNDƏRDİ –"Arxa qapı" diplomatiyası effekt verəcəkmi?

7-05-2019, 07:23   

Sərdar Turqut,

“Habertürk”ün Vaşiqnton təmsilçisi, 06 may 2019-cu il

 

“Arxa qapı” diplomatiyası – vəzifəli şəxslərin tutduğu mövqelərlə bağlı rəsmi əlaqələrdə söyləyə bilmədiklərini də söyləyə bildiyi, pozulan münasibətlərin önünün açılması üçün rəsmi siyasətdən kənara çıxaraq yeni vasitələrin axtarıldığı, demək olar ki, bütün ölkələr tərəfindən istifadə edilən bir üsuldur. Tansu Çillərin Vaşinqtona göndərilməsini müdafiə etdiyim yazımdan etibarən mən, ABŞ-la münasibətlərdə bu üsulun yenidən yoxlanılmasının lazım olduğunu düşünürəm.

 

Bildiklərimi yazmırdım

 

Türkiyə bu üsulu təkrar yoxlamağa başlayıb. Məsələni uzun müddət idi ki, bilirdim. Bu iş üçün bura gələnləri, keçirdikləri görüşləri, işlərin necə getdiyini – hamısını bilirdim. Uzun müddətdir bilirdim, amma yazmadım. Çünki “arxa qapı” diplomatiyası, adından da anlaşıldığı kimi, ictimaiyyət önündə danışılmayanların da danışıldığı yerdir.

Məni yazmamağa sövq edən, istəmədən də olsa, açılmaq istənən bir qapının qapanmasına yol aça bilmək qorxusu idi. Vaşinqtondan hər bir xəbəri verdiyim zaman da, burada hər bir hadisə baş verəndə də bu narahatlığı keçirirəm.

Ancaq 3 may 2019- cu ildə Hande Fırat “Hürriyet”qəzetində “”Arxa qapı” yenidən dövrədə” başlıqlı bir yazı yazıb. Bu yazıdan anladım ki, məndə olan narahatlıq Ankarada o qədər də yoxdur. Bu səbəblə, məsələdən bu gün bəhs etməyə qərar verdim.

 

İlk öncə “C”, sonra da “M” gəldi

 

Bura gələn şəxslərin kimliyini və nə danışdıqlarını anlatmayacam. Bir-birinin ardınca iki nüfuzlu şəxs “arxa qapı” diplomatiyası üçün Vaşinqtona gəldi. Birinci gələni sadəcə “C” olaraq adlandıracam. “C”, illər öncə Ərdoğanın beynəlxalq dairələrdə ilk yüksəlişi dövrlərində bu işi Vaşinqtonda effektli bir şəkildə görmüş şəxsdir.

Ondan sonra gələni isə “M” adlandıracam. O da Ərdoğana çox yaxın olan, onu bir çox adamdan daha yaxşı tanıyan və sirlərini bölüşə bilən bir şəxsdir. “M” də gəldi, bəzi görüşlər keçirdi.

 

Əslində, bu, münasibətlərin düzəlməsinin önünü açar da

 

ABŞ-Türkiyə görüşləri dalana girdiyinə, iki ölkə də məlum mövqelərini davamlı təkrarlamağa başladığına və “qüsurlu dövrə” yarandığına görə “arxa qapı”nın açılması istənilir. Rəsmən ifadə edilməyən yeni fikirlər müzakirə edilsin və münasibətlər müsbət yöndə inkişaf etməyə başlasın deyə, “arxa qapı” diplomatiyası düşünülür.

Əslində, mənim çox dəstəklədiyim və olmalı olan da budur.

Keçmiş dövrlərdə bu üsulla uğurlar əldə edilib. Çünki Türkiyəni Konqresdə dəstəkləməyə hazır olan bir lobbi də vardı. O günlərdə prezidentlərə “arxa qapı”dan bir yol açılan zaman oradan keçilər və Konqresdən də dəstək alınardı.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar