Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 1858 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2559 Warning: Undefined array key 28 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2563 Warning: Undefined array key 30 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2559 Warning: Undefined array key 28 in /home6/anaxeber/public_html/engine/modules/show.full.php on line 2563 Warning: Undefined array key "calendar" in /home6/anaxeber/public_html/engine/modules/main.php on line 34 Warning: Undefined array key "archive" in /home6/anaxeber/public_html/engine/modules/main.php on line 35 Warning: Undefined array key "tags_cloud" in /home6/anaxeber/public_html/engine/modules/main.php on line 36 Keşikçidağ insidenti necə hazırlanıb? - Sensasion təfərrüat » Anaxeber.info online xəbər portalı

Keşikçidağ insidenti necə hazırlanıb? - Sensasion təfərrüat

7-05-2019, 21:32   




Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsi:

- Keşikçidağ kompleksi ilə bağlı anlaşılmazlıq 1991-ci ildən bu yana həll olunmur. Bu məsələ indi yenidən aktuallaşmağa başlayıb və qarşı tərəfdən bu məsələni gərginlik həddinə çatdırmaq istəyənlər var. Axırıncı dəfə belə gərginlik 2012-ci ildə yaşanmışdı. Niyə 28 il keçməsinə rəğmən, hələ də sərhəd tam müəyyənləşməyib?

- Əvvəla, gəlin ondan başlayaq ki, müstəqilliyini yenidən elan etmiş və ya bərpa etmiş dövlətlər üçün qonşularla sərhədlərin müəyyənləşdirilməsi prosesi onillərlə davam edən çox ciddi bir prosesdir. Xəzərin statusu ilə bağlı danışıqlara baxın. Bu, nə qədər müddətdir aparılır. Çox dövlətlər tələsirdilər ki, bunu vaxtında həll etsinlər, amma proses bu günə kimi tam başa çatmayıb. Keşikçidağ kompleksinə gəlincə isə SSRİ zamanında həmin əraziyə nə azərbaycanlılar, nə də gürcülər girə bilirdi. Ona görə ki, bura hərbi poliqon idi və qapalı zona sayılırdı. SSRİ dağılandan və Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılandan sonra həmin əraziyə Azərbaycan sərhəd qoşunları nəzarət etməyə başladı. Bundan sonra Gürcüstanla Azərbaycan arasında həmin o sərhədin müəyyənləşdirilməsi ilə bağlı yaradılan komissiya əslində kifayət qədər iş görmüşdü. Həmin sərhədin demək olar ki, üçdə ikisi artıq hər iki tərəflə müəyyənləşdirilib, yerdə qalan ərazi isə hələlik mübahisəlidir.

- Prosesin ləng getməsinin səbəbi nədir?

- Bu prosesin ləng getdiyini demək olmaz. Doğrudur, müəyyən bir ləngimələr oldu, amma bunda Azərbaycan tərəfinin heç bir günahı yoxdur. Gürcüstanda Cənubi Osetiya və Abxaziya ilə bağlı Rusiya ilə müharibə baş verdi və bir neçə il Gürcüstan diplomatiyası bu müharibənin nəticələri ilə bağlı dünyada böyük kampaniya aparmalı oldu. Bu gün də o davam edir. Daha sonra orada gözlənilmədən hakimiyyət dəyişdi və tamamilə yeni şəxslər hakimiyyətə gəldi. Ola bilsin ki, məhz buna görə proseslər bir az ləng getdi, yəni bu, Azərbaycanla bağlı deyil. Problemin məğzi ondan ibarətdir ki, burada həm Gürcüstanın içindəki bəzi dairələr, həm də Gürcüstandan kənardakı üçüncü qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyir, süni problemlər yaratmağa çalışırlar. Bu məqsədlə də müxalif təbliğatlara əl atırlar.

- Üçüncü qüvvə dedikdə kimi nəzərdə tutursunuz?

- Kənar qüvvələr deyəndə, ilk növbədə Ermənistanı və Rusiyanı nəzərdə tuturam. Bu iki dövlət Azərbaycan-Gürcüstan münasibətlərinin belə yüksək səviyyədə olmasını özləri üçün təhlükə hesab edirlər və bunu pozmağa çalışırlar. Təbii ki, Gürcüstanın içində də həm rusiyapərəst, həm də ermənipərəst qüvvələr var. Eyni zamanda, burada müəyyən marginal millətçi qruplar da var ki, onların hansısa böyük geopolitik maraqları yoxdur, onlar ancaq ucuz populist çıxışlarla müəyyən xal qazanmaq, ictimai rəydə nüfuzlarını qaldırmaq üçün bu tipli mövzulardan həvəslə yapışırlar və çalışırlar ki, hamıdan qabağa düşərək gurultulu bəyanatlar versinlər.

Açığını deyim ki, mən son dövrlərdə belə təxribatların hazırlanmasını hiss edirdim. Onların ilkin addımlarını da görürdüm. Ona görə də təxminən ay yarım bundan əvvəl özüm təşəbbüs göstərərək, Tiflisdəki ictimai xadimlərdən xahiş elədim ki, bununla bağlı Tiflisdə dəyirmi masa təşkil edək və müzakirə aparaq. Ona görə ki, Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa çalışan qüvvələr çox fəallaşıblar və onların təxribatları güclənir. Bunun qarşısı alınmasa, problemlər yayıla bilər. Gürcüstandakı ictimai xadimlər tədbir hazırladılar və məni də dəvət elədilər. Tiflisə gedib çıxış etdim və öz narahatlığımı bildirdim. Gürcüstan tərəfindən iştirak edən politoloqlar bu məsələdə mənim narazılığımı qəbul elədilər. Xeyli müzakirələrdən sonra belə bir qərara gəldik ki, bu tipli təxribatların qarşısını almaq üçün daimi fəaliyyət göstərən bir ictimai şura və ya dialoq qrupu olmalıdır ki, ortalığa atılan süni və təxribatçı şüarları vaxtında ifşa etsin, həm Azərbaycan, həm də Gürcüstan cəmiyyətlərində belə təxribatların qarşısının alınması üçün işlər görsün.

Biz bunu o qədər vacib məsələ saydıq ki, həm ABŞ, həm də Avropa diplomatlarıyla görüşlər keçirdik. Öz narahatlığımız və planlarımız haqqında onlara da məlumat verdik. Bundan sonra müşahidə etdiyim məsələlər daha qabarıq formada özünü büruzə verməyə başladı və təəssüf ki, Gürcüstanın prezidenti tərəfindən müəyyən yanlış addımlar atıldı, təxribatçı bəyanatlar və hərəkətlər oldu. Gürcüstandakı hansısa marginal qruplar bundan istifadə edib, cəmiyyətdə qızışdırıcı mövqedən çıxış etməyə başladılar. Biz bu təxribatları görürük. Təbii ki, həm hökumətlər, həm də ictimai fəallar səviyyəsində belə təxribatların qarşısını almaq üçün işlər aparılmalıdır. Həmin abidə ilə bağlı durumu yalnız çox soyuqqanlılıqla, emosiyasız, rahat müzakirə edib, ümumi bir qərara gələ bilərik.

- Keşikçidağla bağlı insident yaşanan ərəfədə Zurabişvili sərhədlərin delimitasiyası ilə bağlı 3 bəyanat verdi. Zurabişvilinin gözlənilmədən niyə Azərbaycanla sərhədlərin delimitasiyasına bu qədər diqqət ayırması hələ də aydın deyil. Zurabişvilinin hamisi sayılan Bidzina İvanişvili bu insidentin qızışdırılmasında maraqlı ola bilərmi?

Salome xanımın təkcə Azərbaycanla bağlı yox, digər bir sıra məsələlərlə bağlı bəyanatları da Gürcüstan cəmiyyətində birmənalı qarşılanmayıb və böyük narazılığa səbəb olub. Bu xanım Fransada anadan olub, orada təhsil alıb. Uzun illər Fransa Xarici İşlər Nazirliyində çalışıb. O, Gürcüstana dəvət edilib vətəndaşlıq alanda 50-dən yuxarı yaşa sahib idi. Yəni artıq formalşmış bir insan idi. Ümumiyyətlə, Avropa siyasətçilərinin postsovet məkanında gedən prosesləri düzgün dərk etmək, düzgün qiymət verməkdə həmişə problemləri olub. Ona görə ki, onlar tamam başqa mühitdə yaşayır. Onlar həmişə Avropada İkinci Dünya müharibəsindən sonra formalaşmış mühiti avtomatik olaraq SSRİ dağılandan sonra müstəqil olan dövlətlərə şamil etməyə başlayırlar. Halbuki bunlar tamam başqa mühit və proseslərdir. Avropa siyasətçiləri bir çox hallarda onların verdiyi bəyanatın effektlərinin necə olacağını anlamırlar.

Bu xanım ilk dəfə olaraq seçkiyə qatılanda artıq orada bir neçə ehtiyatsız və yanlış hərəkətə yol vermişdi. Ermənilərin yaşadığı məntəqədə seçkiqabağı çıxışında o, türklərə söz atdı. Gürcüstan Türkiyə ilə strateji müttəfiqdir və sən erməni-türk münasibətlərinin bu qədər həssas olduğunu bildiyin halda ermənilərin yaşadığı bölgədə türklərə qarşı söz deyirsən. Bu, çox böyük narazılığa səbəb olmuşdu. Bu yaxınlarda onun təkcə sərhədlə bağlı yox, ABŞ-ın Gürcüstanda bazasının yaradılmaması, Rusiyanın maraqlarının nəzərə alınması kimi bəyanatları da oldu. Vəziyyət o həddə gəlib çatdı ki, ona seçkidə dəstək verən hakim Gürcü Arzusu Partiyası rəsmi bəyanatla çıxış etdi ki, bu xanım bizim partiyamızın üzvü deyil və onun bəyanatları da bizim partiyamızın mövqeyini əks etdirmir. Halbuki seçkidə hakim partiya Zurabişvilini müstəqil namizəd kimi dəstəkləmişdi. İndi məcbur olub deyirlər ki, o nə bəyanat verirsə, özü məsuliyyət daşıyır. Gürcüstanın özündə də həmin xanıma qarşı artıq piketlər təşkil olnur, onun impiçmenti məsələsi zaman-zaman gündəmə gəlir. Ona görə də hesab edirəm ki, burada həmin xanımın şəxsi xüsusiyyətləri də öz rolunu oynayır.

- Bəs İvanişvili?

- Təbii ki, İvanişvilinin də bu məsələdə öz maraqları ola bilər. Hamı bilir ki o, “Qazprom”un səhmlərinə malik olan şəxslərdən biridir. Son dövrlərdə də Gürcüstanın müxtəlif hakimiyyət nümayəndələri Rusiya qazının alınması ilə bağlı təklif və təşəbbüslər irəli sürüblər. Təkcə aprel ayında Gürcüstanın aldığı kommersiya qazının həcminin 3 faizini rus qazı təşkil edib. Halbuki əvvəllər bu ehtiyacın 99-100 faizi Azərbaycan qazı hesabına ödənilirdi. Burada da hansısa şəxsi iqtisadi maraqlar ola bilər. Ola bilər ki, gərginlik yaradılaraq ictimai rəydə “Azərbaycanla münasibətlər o qədər də normal deyil, bizim öz maraqlarımız var və ilk növbədə onu nəzərə almalıyıq” fikri formalaşdırıla bilər.

Bəs Azərbaycanın mövqeyi necə olmalıdır? Keşikçidağ məsələsini təbii ki, Gürcüstanla müzakirə etməliyik və ortalığa aydın mövqe qoymaq lazımdır. Şəxsən mənə elə gəlir ki, gürcü tərəfi Azərbaycanın bir neçə vacib arqumentini nəzərə almalıdır. Əvvəla, Tiflis Avropa dəyərlərindən tez-tez danışır və Avropaya inteqrasiya yolunu tutduğunu deyir. Avropanın bu məsələlərdə yanaşması ondan ibarətdir ki, sərhədləri dəyişməklə məsələ həll olunmur. Çalışmaq lazımdır ki, bu sərhədlər millətləri bir-birindən ayırmasın, yəni insanlara gediş-gəlişlə bağlı sərbəstlik vermək lazımdır. Biz Avropa dəyərlərini əsas götürsək, gürcü tərəfi anlamalıdır ki, burada hansısa bir sərhəd dəyişikliyindən söhbət gedə bilməz. Söhbət yalnız sərhədin həm o tərəfində, həm də bu tərəfində yaşayan insanlara istədikləri kilsəyə, məbədə və ya məscidə gedib-gəlmələri üçün sərbəst mühitin yaradılmasından gedə bilər. Avropa dəyərləri bunu tələb edir.

İkinci vacib məsələ odur ki, Azərbaycan tarixən çox tolerant və zəngin mədəniyyətə malik bir ölkədir. Bizim ərazimizdə yüzlərlə, minlərlə xristian abidələri var və biz həmin abidələri öz tariximizin, mədəniyyətimizin bir parçası kimi qəbul edirik və fəxr edirik ki, bizim ərazimizdə qədim Qafqaz Albaniyası kimi bir dövlət olub, həmin albanlar xristianlığı ilk qəbul edən xalqlardan biri olublar. Bundan sonra da onların böyük bir hissəsi Azərbaycan xalqının formalaşması prosesində iştirak edib. Bu xristian abidləri həm də bizim abidələrimizdir. Bizim ərazimizdə atəşgahlar, Zərdüşt abidələri də mövcuddur. İndi xristian abidəsini xristianlara, atəşgahları zərdüştilərə və ya hunduslara verməliyik? Bu bütün tarixi yaddaşımıza, ideologiyamıza, dövlətçiliyimizə, tariximizə zidd bir hərəkət olardı. Azərbaycan ərazisində hər bir xristian abidəsi də, müsəlman abidəsi də bizim mədəniyyətimizdir. Biz o sərhədi dini amillə müəyyənləşdirə bilmərik. Üstəlik nəzərə alın ki, sərhədin o biri tərəfində də yaşayanlar azərbaycanlı müsəlmanlardır. Biz bu dini amili əsas götürüb, sərhədləri nə cür müəyyənləşdirə bilərik?

Həm Azərbaycanı, həm də Gürcüstanı BMT-yə SSRİ dövründə çəkilmiş sərhədlərin əsasında qəbul ediblər. Bu, artıq beynəlxalq hüquq normalarına daxil olan bir məsələdir. Biz sonra komissiyalar yarada və hansısa sərhədlərin tam dəqiq xəritəsini çəkə bilərik. Bizdə SSRİ dövründə çəkilmiş xəritələr var və onun əsasında hər iki dövləti həm ATƏT, həm də BMT-yə qəbul ediblər.

- Bəs torpaq mübadiləsi? Bununla bağlı təkliflər də var...

- Nəzərə alın ki, bizdə də Qarabağ problemi var və o problemin həllində biz də müxtəlif təxribatlarla üzləşirik. Elə xarici diplomatlar var ki, onlar torpaq mübadiləsi təklif edirlər. Yəni deyirlər ki, ermənilər Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonları qaytarırlar, siz də Dağlıq Qarabağa müstəqillik verirsiniz. Bu, necə torpaq mübadiləsi oldu? Dağlıq Qarabağ da, onun ətrafındakı rayonlar da bizimdir. Deməli, işğal etdikləri ərazilərin bir qismini bizə qaytarırlar, bir qismini isə guya biz onlara verməliyik? Bunun da adını mübadilə qoyurlar?

Bizə dost olan, müstəqillikdən sonra bizim strateji müttəfiqimiz olan ölkə də, cəmiyyət də anlamalıdır ki, belə şəraitdə Azərbaycan, ümumiyyətlə, heç bir torpaq mübadiləsi məsələsinə razılıq verə bilməz. Ona görə ki, bu, düzgün yanaşma deyil. Sərhədin müəyyənləşməsində biz dini amilin rolunu əsas götürməli olacağıq. Bu isə mümkün olan şey deyil. Sərhədin o tərəfində də, bu tərəfində də azərbaycanlı müsəlmanlar yaşayır.

Mənə elə gəlir ki, BMT və ATƏT çərçivəsində ərazi baxımından biz necə qəbul edilmişksə, həmin o sərhədlər əsasında da komissiyanın işini tez yekunlaşdırmalıyıq və Azərbaycanla Gürcüstan arasında birdəfəlik heç bir ərazi probleminin olmadığını nümayiş etdirməliyik. Həmin abidənin hansı ölkəyə məxsusluğu müzakirə predmeti ola bilməz. Onun tarixən həm Azərbaycan, həm gürcü xalqı üçün bir tarixi abidə olduğunu nəzərə alaraq, ondan istifadə qaydalarını sərhədləri müəyyənləşdirən komissiya çərçivəsində yox, dövlətararası müqavilələr vasitəsilə həll etmək olar. Belə ki, qeyd etdiyim kimi, həmin tarixi abidəni ziyarət edən insanlar üçün hansısa şəraitin yardılmasıyla bağlı ikitərəfli müqavilələr ola bilər.

Biz başa düşürük ki, adi sərhəd-keçid məntəqələrinə aid qaydalara əsasən, buraya gələnlər müəyyən yoxlamadan keçirlər. Bu monastıra gedən insanlar üçün həmin qaydaları tətbiq etsək, bu, ora gələn insanlara problemlər yarada bilər. İkitərəfli müqavilələr vasitəsiylə tarixi abidəni Gürcüstan tərəfindən ziyarət etmək istəyən insanlar üçün xüsusi şərait yaradılsın. Yəni onlar heç bir yoxlamadan keçmədən sərhədi adlayır və monastırı ziyarət edə bilir və əksinə, Gürcüstan tərəfində qalan abidəni ziyarət üçün azərbaycanlılara sərbəst şərait yaradılır.

- Bir növ “kiçik Şengen zonası” kimi...

- Əslinə qalsa, biz onlar üçün bu şəraiti yaratmışdıq. Bu gün Gürcüstan prezidentinin çıxışları ona görə təxribatçı sayılır ki, “xırda Şengen zonası” kimi şərait artıq yaradılmışdı. Yalnız onun təxribatçı hərəkətlərinin nəticəsində bizim sərhədçilər bir-iki günlük oranı bağladılar. Bu bir mesaj idi və mən bu qərarı verən insanları tamamilə dəstəkləyirəm. Ona görə ki, söhbət yalnız şüarlardan getmir. Bizim mətbuatda bu o qədər də işıqlanmadı. Bəyanatlardan sonra Gürcüstan prezidenti ora özü ilə bir qrup Avropa Birliyini təmsil edən, beynəlxalq mədəni işlərlə məşğul olan koalisiya gətirərək, onlara bu əraziləri göstərərək, buranı təmir etmək lazım olduğunu, sərhəd məsələsini həll etmək gərəkdiyini və s. deyib. Zurabişvili özünü elə aparırdı ki, guya artıq gürcülərin xeyrinə qərar verilib və bu torpaqların onlara məxsus olması artıq təsdiqlənib. Bu, təkcə bəyanat deyildi, həm də hərəkət idi. Ona görə də Azərbaycan tərəfi onları başa saldı ki, təxirəsalınmaz addım ola bilər, 1 saatın ərzində sərhədlər bağlana da bilər. Ciddi qərar qəbul etmək üçün aylarla, illərlə müzakirə aparılmalıdır. Yalnız dövlətlərarası müqavilələr çərçivəsində bu abidəyə gediş-gəlişlə bağlı gürcü tərəfinin heç bir problemlə üzləşməyəcəyini rəsmiləşdirmək olar. Yəni bu istiqamətdə addım atmaq lazımdır. Fəxrlə demək lazımdır ki, Udabno Azərbaycan ərzisindəki Alban-xristian monastırıdır və gürcülər də, azərbaycanlılar da bunu özününkü sayır, iki dövlətin qərarı ilə bura gediş-gəliş tam sərbəstdir. Bu, Avropa dəyərinə əsaslanan yanaşmadır.

- İvanişvili hökuməti yəqin ki, addımlarını atanda cəmiyyətin müəyyən qədər rəyini də nəzərə alır. Gürcülər də bizim kimi torpaq itkisiylə üzləşdiyinə görə, bu ölkənin cəmiyyəti ərazi məsələsində kifayət qədər mühafizəkardırlar. Torpaq itkisi Gürcüstan tərəfinin bu məsələdə müəyyən güzəştlərə getməməsinin əsas səbəbi ola bilərmi?

- Sözsüz ki, gürcü cəmiyyətində belə psixoloji stress mövcuddur, amma Azərbaycanın da torpaq problemi var. Abxaziya və Cənubi Osetiya işğal altında olduğu kimi, Dağlıq Qarabağ və ətraf əraziləri də işğal altıdadır. Bu mənada, ümumiyyətlə, bu tipli bəyanatlar hər iki ölkə cəmiyyətində emosional qarşılana bilər. Lakin bir məsələni dəqiqləşdirmək lazımdır. Rəsmi olaraq o monastr kompleksinin bir hissəsi sərhədin gürcü tərəfindədir, bir hissəsi Azərbaycan tərəfində. Burada Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, heç kim heç kəsdən nə torpaq, nə abidə tələb etməli deyil. Əminəm ki, bu məsələləri gürcü tərəfi ilə müzakirə edib rahat razılığa gəlmək olar. Həm Azərbaycanda, həm də Gürcüstanda insanların, eləcə də ictimai-siyasi xadimlərin əksəriyyəti çox yaxşı başa düşür ki, kiminsə kiməsə qarşı ərazi iddiaları ilə çıxış etməsi hər iki xalqa böyük zərbə ola bilər. Ona görə də Azərbaycan tərəfinin mövqeyi belə olub ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan vətəndaşıdırlar. Onlar həmin cəmiyyətə inteqrasiya olunmalı, onlar üçün şərait yaradılmalıdır. Bu mənada Gürcüstan tərəfi Azərbaycandan hər hansı bir təhlükə görməyib. Biz də bu günə kimi gürcü tərəfindən dövlətimizə qarşı hansısa bir təhlükə müşahidə etməmişik.

Vaxtında təxribatların qarşısı alınmayanda hadisələrin necə nəticələnəcəyini hər iki xalq çox yaxşı bilir. Nə bizə “II Qarabağ” lazımdır, nə də gürcülərə “II Cənubi Osetiya”. Hər iki tərəfin məsələyə obyektiv yanaşacağını düşünürəm.

- Əgər Gürcüstanın daxili siyasətinə nəzər yetirsək, Keşikçidağ böhranından öncəki dönəmdə burada müəyyən önəmli hadisələrin baş verdiyini görərik. Belə ki, ölkədə Pankisi dərəsi böhranı, ölkənin az qala ikinci ən nüfuzlu iş adamı Mamuka Xazaradzeyə qarşı təqiblər, Gürcü Arzusu Partiyasının təsisçilərinin ondan ayrılması prosesi yaşandı. Keşikçidağ bir növ həm də bunun məntiqi davamı kimi görünür. Bütün bu baş verənlər İvanişviliyə gələcəkdə “ölkəyə və cəmiyyətə təhdid var” adı altında növbədənkənar seçki keçirməyə, yaxud hansısa başqa prosesi başlatmağa şərait yarada bilərmi?

Adətən ölkədə güclü mərkəzi hakimiyyət olmayanda sərhəd və digər məsələlərlə bağlı təxribatlar güclənir. Gürcüstanda iqtidarla müxalifət arasında müəyyən tarazlıq mövcuddur. İndiki mərkəzi hakimiyyət o qədər də güclü görünmür. Bunun üçün vəziyyəti qarışdırmaq üçün cəhdlər də çox olur. Təsəvvür edin ki, müxalifət hazırkı prezidentin əleyhinədir.

Son prezident seçkisinin birinci turunda müxalifətin aparıcı namizədi Zurabişvili ilə eyni səs toplamışdı. Zurabişvili bundan sonra narazılıq etdi ki, guya İvanişvilidən lazımı dəstək ala bilmir. Sonradan hakim partiya II turda Salomenin qələbəsini çətinliklə də olsa, təmin edə bildi. İndi müxalifətə ictimai dəstək daha çox artır. Müxalifət Zurabişvilinin əleyhinədir və ona impiçment tələb edir. Digər tərəfdən isə hakim partiya da elan edir ki, o xanımın fikirlərini biz bölüşmürük. Bunun nəticəsində o xanımın ofisinin qarşısında piketlər keçirilir ki, impiçment başlamalıdır. Zurabişvili ictimai rəydən asılı vəziyyətdədir. Nə müxalifət, nə də hakim partiya onu dəstəkləyir. Eyni zamanda onun qaldırdığı məsələlər, ümumiyyətlə, onun səlahiyyətlərinə aid deyil. Gürcüstan parlament tipli respublika olduğuna görə, orada prezidentin səlahiyyətləri çox məhduddur. Onun xarici siyasətlə bağlı addımları da mütləq şəkildə hakimiyyətlə razılaşdırılmış olmalıdır. İndi bu xanım öz səlahiyyətlərini aşaraq, həm Azərbaycanla, həm də NATO-nun hərbi bazaları ilə bağlı məsələlərdə hökumətin onu təcrid etməyə məcbur qaldığı bəyanatlar verir. Mədəni şəkildə Zurabişviliyə deyirlər ki, otur yerində və səlahiyyətlərinə aid olmayan məsələlərə baş qoşaraq, təxribatla məşğul olma.

Vəziyyət kifayət qədər mürəkkəbdir. Belə bir vəziyyətdə Gürcüstanın dövlət olaraq inkişafı şübhə altındadır. Bu məsələlərə aydınlıq gətirilməlidir. Bu da növbədənkənar parlament seçkisi və ya prezidentin impiçment prosesi nəticəsində baş tuta bilər.

- Rusiya məsələsinə yenidən qayıtmaq istəyirəm. Gürcüstanda son iki ildə Rusiya ilə əlaqələrin inkişafı üzrə yüzlərlə QHT yaradılıb. Bu QHT-lərin bir qismi antitürk təbliğatı aparır. Bayaq Rusiyanın Keşikçidağ insidentində maraqlı olduğunu dediniz. Moskvanın qonşumuzda “beşinci kolon”u son insidentdə nə dərəcədə aktiv rol oynayır? Kreml bununla hansı planını reallaşdırır?

- Təəssüflər olsun ki, həm Azərbaycanda, həm də Gürcüstanda belə dairələr (beşinci kolon) var. Nə qədər ki, Gürcüstan torpaqları işğal altındadır və həmin ərazidə işğalçı ordu kimi Rusiya yerləşib, rusiyapərəst qüvvələrin Gürcüstanda qalib gəlməsi qeyri-real görünür. İndi orada ən böyük rusiyapərəst qüvvə məhz indiki hakimiyyətdir. Onlar da deyir ki, biz NATO-ya və AB-yə üzv olmalıyıq (gülür). Bu məsələdə ictimai rəy birmənalıdır. Ona görə də güman etmirəm ki, yaxın gələcəkdə Gürcüstanda “beşinci kolon” üzə çıxıb aparıcı rol oynasın.

- Sualı bir qədər dəqiqləşdirim. İki ölkənin “beşinci kolon”u bu prosesdə ortaq hərəkət edirlər?

- Gürcüstanda mərkəzi hakimiyyətin zəif olması müəyyən qruplara təxribat yaratmağa imkan versə də, Azərbaycanda situasiya fərqlidir. Hər iki dövlətdə müəyyən qüvvələr müxtəlif təxribatlarla məşğul ola bilərlər, ancaq ictimai rəydə onların heç biri hər iki ölkədə uğur qazana bilməzlər. Onların addımları daha çox stəkanda fırtına yaratmaqdan ibarətdir. Onlar meydanlara çıxıb, ictimai rəydə uğur qazanmaq üçün fəaliyyət göstərməyə meyilli deyillər. Onlar bilirlər ki, bunun müsbət nəticəsi olmayacaq. Bu mənada Azərbaycanda da, Gürcüstanda da bu qüvvələrin taleyi eyni cür olacaq.

- Bir də Xələf Xələfovun, obrazlı şəkildə desək, yenidən aktiv siyasət meydanına dönüşü məsəli var. Bu dəfə də Gürcüstanla sərhəd məsələsi ona tapşırıldı. Nəzərə alaq ki, bu adam çox təcrübəli diplomatdır və illərdir Rusiya, İran kimi ölkələrlə Xəzərin statusuyla bağlı danışıqların əsas iştirakçısıdır. Bu təyinatla hansı mesaj verildi?

- Açığını deyim ki, X.Xələfov Nazirlər Kabinetinə təyinat alanda təəccübləndim. X.Xələfovun yerinə qaytarılması doğru qərardır. Ona görə ki, həm Gürcüstanla, həm də Rusiya sərhədləri ilə bağlı ciddi məsələlər var. Üstəlik, Xəzərin statusu ilə bağlı konvensiya imzalansa da, ratifikasiya edilməyib. Konvensiyanın ratifikasiyası ilə bağlı xüsusilə qonşu İranda çox ciddi problemlər gözləyirəm.

Düşünürəm ki, bu sahəyə rəhbərlik edən adam gərək təcrübəli bir adam olsun. Bütün problemləri detalına kimi bilən isə Xələf Xələfovdur və o, peşəkardır.

- Keşikçidağ insidenti olduğu dönəmlərdə Cavaxetiyada da aktivlik yaşanır. Ermənilər Qarabağda olduğu kimi, indi də Cavaxetiya üçün telemarafon təşkil edirlər. Bu telemarafonların əsas təşkilatçılarından birinin daşnakların “Ay Data” təşkilatı olduğunu, eləcə də daşnakların Cavaxetiyada çox güclü mövqeyə sahib olduğunu nəzərə alsaq, Cavaxetiyada bir zamanlar Qarabağda olduğu kimi separatçılıq fəaliyyətinin aktiv mərhələsinin başladığını deyə bilərikmi?

- Hərdən gürcü tərəfi deyir ki, Keşikçidağ monastırı Azərbaycan üçün önəmli olan strateji yüksəkliklərdə yerləşir və məhz buna görə Azərbaycan üçün çox vacibdir. Sərhədlərin toxunulmazlığı, eləcə də ərazimizdə yerləşən hər bir abidənin bizim tariximiz olması öz yerində, amma eyni zamanda bunun bir hərbi tərəfi də var. O yüksəkliklər Azərbaycan üçün çox önəmlidir. Gürcü tərəfi bəzən bunu göstərib təəccüblənir ki, axı biz tərəfdən Azərbaycana hər hansı təhlükə ola bilməz. Onlar yaddan çıxarırlar ki, həmin bölgədə iki yox, 3 dövlətin sərhədləri bir-birinə çox yaxındır. Oradan çox qısa bir məsafədə üçüncü dövlətin sərhədi yerləşir. Söhbət Rusiyanın dəstəyi ilə torpaqlarımızı işğal edən Ermənistandan gedir.

İrəvanın 90-cı illərin ortalarından həmişə can atdığı bir siyasi məqsəd olub. Bu məqsəd Azərbaycanla Gürcüstan arasında qurulan, Azərbaycan neftinin, qazının və gələcəkdə Türkmənistan, Qazaxıstan neft və qazının Avropa bazarlarına nəql olunmasını təmin edəcək mühüm geostrateji kommunikasiya xətlərini kəsməkdən ibarətdir. 1994-cü ilin əvvəllərində əsas döyüşlər Tərtər və Bərdə istiqamətində aparılıb. Hədəf Yevlax tərəfdən həmin o yolları kəsmək idi. Bu döyüşü aparmağa erməniləri Rusiya məcbur edirdi. Nəticədə onlar Tərtər və Bərdə istiqamətində böyük itkilər verərək irəliləyə bilmədilər. Həmin kommunikasiya xətlərini Yevlaxla yanaşı danışdığımız abidənin yaxınlığında yerləşdiyimiz Qazax-Ağstafa tərəfdən bağlamaq cəhdləri ola bilər. Ona görə də gürcü tərəfilə bu məsələləri müzakirə edəndə o yüksəkliklərin nəyə görə hərbi əhəmiyyət daşıdığını bir daha onlara başa salmaq lazımdır. Nə biz tərəfədən Gürcüstana, nə də Gürcüstan tərəfdən bizə hərbi təhlükə var və ola da bilməz. Cənubi Qafqazın, Xəzər dənizinin, Orta Asiyanın böyük enerji resurslarının Avropa bazarlarına çıxarılmasının qarşısını almaq cəhdləri 90-cı illərin əvvəllərində də olub. Buna görə vaxtilə böyük hərbi əməliyyatlar da keçirilib. Gələcəkdə belə planları reallaşdırmaq cəhdlərini istisna etmirik.

- Cavaxetiya da sözügedən xətlərə yaxındır. Yeri gəlmişkən, Qərbin Gürcüstanda təsiri hədən artıq güclüdür, ortadan keçən böyük energetika layihələri var. Bu halda Qərb, daha dəqiq desək, ABŞ belə böhranların böyüməsinin qarşısını almaqdan ötrü hansı addımlar ata bilər?

- Gürcüstanda indi ABŞ-ın səfir səlahiyyətlərini hazırda icra edən cənab Ross Uilson vaxtilə Azərbycanda ABŞ-ın səfiri olub. Bu, neft müqavilələrinin imzalanması, yeni neft və qaz borularının çəkilməsi prosesində ABŞ-ın dəstəyini biz adətən səfirlər vasitəsilə əldə etmişik. Danışıqları da onlar aparırdılar. Bu proseslərdə mühüm rol oynayan diplomat cənab Uilson mətbuata açıqlamasında Azərbaycanla Gürcüstan arasında strateji əməkdaşlığın vacibliyini, tarixçəsini bir daha gürcü cəmiyyətinə xatırladıb. Hesab edirəm ki, belə bir yanaşma həm ABŞ, həm AB-nin vahid mövqeyidir. Belə təxribatlarda məqsəd artıq yalnız Gürcüstanla Azərbaycanın arasını vurmaqdan ibarət deyil, burada söhbət faktiki olaraq bölgənin Avropa inteqrasiyası yolunu bağlamaqdan gedir. Güman edirəm ki, bunu həm Vaşinqtonda, həm də Brüsseldə gözəl başa düşürlər. Söhbət təkcə Rusiyadan yox, eyni zamanda Ermənistandan, o qədər də geopolitik məqsədlər güdməyən, ancaq hər vasitə ilə reytinq yığıb yadda qalmaq istəyən Gürcüstan cəmiyyətindəki bəzi millətçi marginal qruplardan gedir. Bilməliyik ki, burada geosiyasi, şəxsi və başqa maraqlar da var. Ən düzgün yol açıq müzakirələr keçirməkdir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar