Bazar günü Milli Təhlükəsizlik Şurası bəyan edib ki, ABŞ Fars körfəzinə bir aviadaşıyıcı gəmi və bombardmançı təyyarələr qrupu göndərir və bu, İranın “narahatedici eskalasiya” xəbərdarlıqlarına – Tehranla potensial hərbi qarşıdurmaya cavab olaraq atılan addımdır. Anonim hökumət rəsmiləri bu hərəkətləri əsaslandıraraq, İranın Yəmən sahillərindən və İraqdakı proksi qüvvələrlə ABŞ qoşunlarına hücumun planlaşdırıldığını ifadə edən kəşfiyyat məlumatlarına istinad ediblər. Milli təhlükəsizlik məsləhətçisi Cohn Bolton da kəşfiyyat məlumatlarını istinad olaraq göstərib. Beləliklə, ağız birliyi ortaya çıxıb: İran müharibəyə hazırlaşır! Vəziyyətlə yaxından tanış olan bir çox qaynaq “The Daily Beast”-ə bildirib ki, əslində, administrasiya kəşfiyyat xidmətinin hesabatlarına diqqət yetirmək yerinə, onun hesabatlarına qeyri-adekvat təpki verir. Digər bir qaynaq Tramp administrasiyasının təpkisinin“həddindən artıq həssas” olması qənaətinə gəlib, lakin təhlükənin olduğunu danmayıb. Bu qaynağın sözlərinə görə,“Qüds” qüvvələrinin başçısı Qasım Süleymaniİraqdakı proksilərə bildirib ki, tezliklə ABŞ-la münaqişə olacaq. “Hazırkı vəziyyəti hər iki tərəfin mümkün qarşıdurmaya hazırlıq dövrü kimi xarakterizə edəcəyəm”, – deyə ABŞ hökumətinin rəsmi nümayəndəsi olan ikinci mənbə bildirib.“Amma təhdid təsvir olunduğu kimi, labüd olmaya bilər”, – o, əlavə edib. Mənbənin sözlərinə görə, administrasiyanın addımları Birləşmiş Ştatların İran hökumətinə hərəkətləri üçün məsuliyyət daşıyacağını bildirmək yoludur. Vəziyyətlə tanış olan üçüncü hökumət rəsmisi administrasiyanın bu şəkildə cavabını belə izah edib: “Bu, aydın bir mesaj göndərmək və gərgin vəziyyətdə qeyri-müəyyənliyi aradan qaldırmaq üçündür. Biz bölgədəki böyük imkanları nümayiş etdiririk”.
İranın xüsusi niyyətləri müzakirə predmeti ola bilər, amma“Qüds” qüvvələrinin İraq müharibəsi dövründə ölümcül səmərəlilik nümayiş etdirdiyi məlumdur, o, ABŞ qüvvələrinə proksi qruplar vasitəsilə zərbə vurmaq qabiliyyətinə malikdir. Dövlət Departamentinin verdiyi məlumata görə,İraqdakı İran dəstəkli döyüşçülər 2003-2011-ci illərdə təxminən 603 ABŞ əsgərini öldürüblər. Onların bir çoxu “Qüds” tərəfindən təchiz edilmiş zirehdeşən mərmilərdən həlak olub. İranla əlaqədar kəşfiyyat məlumatlarının təfsiri çox vaxt milli təhlükəsizlik bürokratiyası daxilində fikir ayrılığı yaradır. 2007-ci ildə “Tehranın 2003-cü ildə nüvə proqramını dayandırması”nəticəsinə gəlinmişdi və o zamandan bu, mübahisə predmetidir. İranın ballistik raketləri inkişaf etdirməsini əsas gətirənlər onu nüvə proqramın əsas hissəsi kimi təfsir edərək, proqramın dayandırılmadığını iddia edirlər. Prezident Tramp hələ vəzifəyə gəlməzdən əvvəl İrana qaşı sərt xətt tutub. Seçki kampaniyasında Tramp “İranın qlobal terror şəbəkəsini tamamilə silmək”vədi verib və bir dəfə onun ilk milli təhlükəsizlik məsləhətçisi olan Maykl Flinn mətbuat brifinqində Tehranın “xəbərdarlıq” mərhələsinə olduğunu bildirmişdi. Flinnin varisi MakMaster İslam Respublikasına qarşı qətiyyətsiz rəftarına görə prezidentlə əlaqələrini qırıb, amma Con Boltonun təyinatı ilə “quzğunlar”a meydan açılıb. 2018-ci ilin sentyabr ayında ABŞ-ın Bağdaddakı diplomatik missiyası minaatanlardan atəşə tutulduqda, ABŞ, personalı yaralayan istənilən hücuma görə “Tehran rejiminin məsuliyyət daşıyacağ”ını açıqlayan bəyanat verib. Dövlət katibi Mayk Pompeo da“İraqdakı diplomatların köçürülməsini elan edərkən, İraqdakı işçilərimizə və qurumlarımıza hücum etmək üçün xüsusi təhdidlər”dən söz açıb.
“Wall Street Journal” qəzetinin yazdığına görə, Bolton Müdafiə Nazirliyi rəsmilərini hərbi planlaşdırıcılardan hadisəyə cavab olaraq İrana hücum ehtimalına dair variantları təqdim etmələrini istəyib. Bundan sonra hücumlar baş verməyib, amma ABŞ nüvə razılaşmasından uzaqlaşdıqdan sonra Tramp administrasiyası və İran arasında gərginlik artıb. Son həftələrdə administrasiya İslam Respublikasına qarşı sanksiyaları daha da sərtləşdirib, bir sıra ölkələrin İran xam neftini ABŞ sanksiyalarına məruz qalmadan almasına qadağa qoyub və İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) xarici terror təşkilatı kimi təyin edib. Mənbələr “The Daily Beast”-ə bildiriblər ki, aprel ayında İİKK-nin xarici terror təşkilatı kimi təyin etmə qərarının qəbul edilməsi, ehtimalla, həftəsonu baş vermiş hadisələrə, növbəti gərginliyə səbəb olub. İran rəsmiləri yaxın vaxtlarda nüvə silahının istehsalında zəruri olan əsas komponentin –uran yanacağının zənginləşdirilməsini məhdudlaşdırmaq üçün nüvə razılaşması ilə bağlı öhdəliklərdən uzaqlaşacaqlarına eyham vurublar. ABŞ dövlət katibi Pompeo Çərşənbə axşamı İraqa sürpriz səfər edib. Pompeo, İran təhdidi ilə əlaqədar kəşfiyyat mövzusunda ətraflı məlumat verməyib:“Bu, İraq hökumətinə inanılmaz dərəcədə vacib olan İŞİD əleyhinə kampaniyaya davam edən amerikalı qüvvələri geri çəkmə səyidir”.
İran və İİKK üzr ekspert Afşon Ostovardeyib ki, iranlı liderlər gözləmə mövqeyi tutub, lakin Ağ Evin təzyiq kampaniyası bəzi daxili siyasi dalğalanmalara gətirib çıxarır.“Məncə, İranda bəziləri, xüsusən İİKK-nin bəzi üzvləri indi geri çəkilmək istəyirlər. Ancaq İran liderləri səbirli olmağa davam edir. Bununla belə, İrana təzyiq hər zaman əlavə sanksiya, ritorika və ya poz vermə ilə artdıqda, mən İran liderlərinin səbrinə və onların ABŞ-a qarşı həddi keçmə tərəfdarlarının əl-qolunu bağlama qabiliyyətinə şübhə edirəm”. Bolton “Abraham Lincoln” aviadaşıyıcısısı və bombardmançı qrupun Körfəzə yönəldiləcəyini elan edərkən, bu hərəkətin “bir sıra narahatedici göstəricilərə və ehtimallara”cavab olduğunu söyləyib. Ancaq Konqresin bir təmsilçisi bunun yalnız kəşfiyyat məlumatına uyğun edildiyinə şübhə bildirib. Onun sözlərinə görə, təcavüzkar mesajlaşma çox pis nəticələnə bilər. “Əgər siz hətta qeyri-eskalasiya kimi görünən hərəkətlər edirsinizsə belə, bu, İİKK-nin terrorçu təyinatı da daxil olmaqla, artan təzyiq mühitində baş verir. Bu, vacib kontekstdir”. Betsi Vudruff, Adam Rounsli “The Daily Beast”, 07.05.2019 Tərcümə: Strateq.az