İstanbulda31 martda keçirilmiş bələdiyyə seçkisinin qalib olmuş Əkrəm İmamoğlu YSK-nın təkrar seçki qərarına daha bir etirazını bildirib.
Strateq.az xəbər verir ki, o, YSK-nın ana südü kimi halal olan haqqını yediyini bəyan edib:
“YSK haqqımızı yedi, ana südü kimi halal olan, qazandığımız seçkini əlimizdən aldı. Amma gün qabağa baxma günüdür, 23 iyuna hazırlanma gündür. Hər şeyi bilirik, ancaq hesablaşmanın vaxtı deyil. Lakin haqqımızın yeyildiyini 16 milyona anlatmaq vaxtıdır.
Mən sizə bunu söyləyirəm: hər şey çox gözəl olacaq. Mütləq olacaq”.