Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) koordinatoru, hüquq müdafiəçisi
Oqtay Gülalıyev bu gün, mayın 13-nə Respublika Baş Prokurorluğuna çağırılıb. O prokurorluğa çağırılmasının səbəbini son dövr dinc insanların polis bölməsində, hərbidə, həbs yerlərində ağır işgəncələrə məruz qalmasını, qətlə yetirilməsini dilə gətirdiyi ilə əlaqədar olduğunu düşünür.
Özü də keçmiş siyasi məhbus olan hüquq müdafiəçisi bundan öncə, fevral və may aylarında Gəncə hadisələrində həbs olunanlara qanunsuz münasibəti dilə gətirdiyi üçün Daxili İşlər Nazirliyinə çağırılmışdı.