Elton Məmmədov kimi insanlar alimlik adı altında maskalanaraq gizlənirlər" — Partiya sədrindən sabiq deputatın prorektor təyinatına ETİRAZ

14-05-2019, 16:32   

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Məclisin sabiq deputatı Elton Məmmədovun Azərbaycan Texniki Universitetinin (AzTU) strateji inkişaf məsələləri üzrə prorektor vəzifəsinə təyin edilməsindən danışıb.

S.Cəlaloğlu Demokrat.az-a açıqlamasında bu təyinatın düzgün olmadığını bildirib.

Partiya sədri qeyd edib ki, ali təhsil müəssisələrinə rəhbər şəxlərin təyin edilməsi zamanı cəmiyyətin mövqeyi nəzərə alınmır:

"İndi Azərbaycanda deputat və komitə sədrlərinin əksəriyyəti saxta diplomalar alaraq, bu cür hökumət vəzifələrinə gedirlər. Elton Məmmədov kimi insanlar alimlik adı altında maskalanaraq vəzifələrə təyin olunub gizlənirlər. Sual olunur: Elton Məmmədovun elmi kəşfi nədən ibarətdir? Hansı elmi nailiyyətləri var, mən bunu bilmirəm. Azərbaycan reallığında alim adı daşıyan şəxslərin 90 faizinin elmdən xəbəri yoxdur".

S.Cəlaloğlu deyib ki, elm və təhsil müəssisələrinə yüksək pedeqoji təcrübəsi və səviyyəsi olan kadrlar təyin olunmalıdır:

"Daha elm və təhsildən yaxından-uzaqdan əlaqəsi olmayan, digər sahələrdə vəzifələrdən çıxarılmış insanların təhsil sahəsində idarəçiliyə gətirilməsi Azərbaycanın strateji maraqlarına ziddir. Çünki təhsil dövlətin təhlükəsizliyinin əsas elementlərindən biridir. Hesab edirəm ki, son zaman Azərbaycan təhsilinə bu cür kadrların gətirilməsi milli təhlükəsizlik maraqları baxımından da zərərlidir. Təsəvvür edin ki, Azərbaycanda 160 min uşağa rus təhsili verilir. Bu o deməkdir ki, Azərbaycanda 160 min ruspərəst yetişəcək. Bununla Azərbaycanda çox təhlükəli proseslər gedir. Əvvəllər Rusiya Azərbaycanı ordusu ilə işğal edirdi. İndi isə bəzi korrupsioner məmurların vasitəsilə bu cür işğal etməyə çalışır. Buna qətiyyən imkan vermək olmaz".

Çinarə Hüseynli
Demokrat.az 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar