İki ay öncə 7NEWS.az saytında "Adı müxtəlif qalmaqallarda hallanan "Sipark” rəhbəri DƏFƏ TELEVİZİYALARI ALDATDI” başlığı ilə yazı dərc olundu. Əslində bu yazı dərc olunmamışdan qabaq aldadılan tərəf azı bir neçə dəfə şirkətlə danışıqlar aparıb, pulun ödənlməsini xahiş edib."Sipark” şirkətinin rəhbəri Seymur İsayevisə çox kiçik bir məbləği (15750 azn) ödəməkdən imtina etməklə məsələni ikiqat qəziləşdirmiş oldu. Əslində Seymur İsayev tikinti sahəsində təcrübəli bir iş adamı kimi tanınır. Ancaq mətbuatda adını axtarışa versək kifayət qədər boşluqların olduğunu görərik. Açıq-aydın görünür ki, Seymur İsayev dünyada TERROR təşkilatı kimi tanınan FETO-çuların əlinə "yem” kimi düşüb. Əgər belə olmasaydı "Sipark”a yeni təyinən olunan, hər kəsin fətullahçı kimi tanıdığı xanım "jurnalist”i"Sipark İnşaat"dan bu şirkətə qarşı ittihamlara sərt cavab...”başlığı ilə olduqca qeyri-peşəkar və şirkəti uçuruma aparan, ən əsası isə "ödənişli” əsaslarla press-reliz yazdırmazdı. Yəni şirkətin fakt 9 həftə reklamı gedib, 15750 azn ödənməlidir, məsələ bu qədər bəsitdir. Ancaq Seymur İsayevin ətrafında olan insanlar bu məbləğin azı 2 qatını "prinsi aparırıq” adı altında xərclətmək niyyətindədirlər. Bir daha qeyd edirik ki, "Sipark” şirkətinin televiziyalara deyil, "Baku Art Lab” şirkətinə 15750 az borcu var.
"Azadlıq radiosu” yazır ki,"Sipark” şirkətinin "krişası” Ağasəməd Əfəndiyevdir. Məlumat üçün qeyd edək ki, A.Əfəndiyev Vergilər nazirliyi İnsan Resursları İdarəsi rəisinin birinci müavini, aparat rəhbəri vəzifələrini icra edib.Buna qədər isə o bir çox MMC-lərin sahibi olub. Bu şirkətlər arasında ən üzdə olanı "Sipark” inşaatdır. Bundan başqa məlumatda qeyd olunur ki, Fazil Məmmədovun nazir olduğu dönəmdə və indi Ağasəməd Əfəndiyev Azərbaycanda təşkilatlanan "FETO” şəbəkəsinin "Xaç atası” kimi tanınıb. Məhz buna görə FETO şəbəkəsinin mediası sayılan SimSar.az-ın təsisçisi də "Sipark”a mətbuat katibi gətirildi. Məhz bu xanım jurnalistin təyinatı və pul müqavilində payladığı ilk pres-reliz həm şirkəti, həm onun rəhbərini, həm də "krişası”nı ifşa etmiş oldu. Türkiyədə baş verən son hadisələrdən sonra hər kəs FETO-nun terror təşkilatının olduğunu qəbul etdi. Azərbaycan da qardaş Türkiyənin yanında olduğunu FETO şəbəkəsini üzvlərini yox etməklə sübut etmiş oldu. Ölkəmiz bugün də bu siyasəti davam etdirir və ifşa olunan hər bir məmuru dərhal postundan azad edir.
İCMAL.az xəbər verir ki, bu yazılardan sonra "Sipark” rəhbəri Seymur isayev müdrik işçilərinin məsləhəti ilə bəzi tanınmış din xadimlərini, hətta səfirəri belə ofislərinə qonaq çağıraraq ictimaiyyətin diqqətini yayındırmağa çalışırlar.
Belə bir din xadimlərindən biri də cəmiyyətdə müsbət imicə, nüfuza malik Mənəvi Dünya Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənlidir. Hacı Şahini ofislərinə qonaq çağıran şirkət fotoları bəh-bəhlə öz rəsmi səhifələrində paylaşmaları əslində izi azdırmaqdan başqa bir şey deyildir.
Məsələ burasındadır ki, Hacı Şahin və digər tanınmış insanlar "Sipark”ın növbəti "qurbanlarıdırlar”.Çövdarovun himayəsinə sığınaraq öz şərikini sıradan çıxardan, Şəbnəm, Damla kimi müğənniləri saxlayan, FETO terror təşkilatınınAzərbaycandakı qeyri-rəsmi missioneri olan şirkətin Hacı Şahin Həsənlini də öz çirkin əməllərinə qatması yumşaq desən "dinsizlikdir”.
Növbəti yazılarımızda aldadılaraq, fərqli təqdimatlar edilərək "Sipark”a gətirilən tanınmış insanlar barədə geniş yazacağıq. Məlumat üçün qeyd edək ki, 1 mənzili 10 adama satan, olmayan qarajı külli miqdar vəsait müqabilində sakinə satan şirkət haqqında elə şahidlərin öz videoifadələrini də təqdime dəcəyik.
İCMAL.az