Deputat Tahir Kərimli:“Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək”

17-05-2019, 16:13   



“Bizə deyirlər ki, xalqı çaşdırırsınız. “Biz xalqa “can” desək, onlar bizə “azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

“Dodaq bir qurtum suya həsrət olan kimi, biz də Qarabağımızı istəyirik. 1992-ci ildə Şuşa işğal ediləndə çoxumuz az qala intihar eşqinə düşmüşdük. Paşinyan siyasi əxlaqsızlığın ən böyük nümunəsini göstərir. O, Qarabağdan bizə acıq verir. Kim bizim torpağımızı almağa qoymur? Açıqlansın, bilək… Rusiyadırmı, Fransadırmı, bilməliyik. Biz torpaqlarımızı işğaldan azad etməliyik. Nə vaxta qədər gözləməliyik?!”, –  T.Kərimli əlavə edib/Report.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar