ABŞ-ın hücum planı 3 ay əvvəldən hazır imiş: İrana hücum buradan başlanacaq

17-05-2019, 18:48   
 

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstək verdiyi PKK/YPG terror təşkilatı Suriyada Fərat çayının qərbində yerləşən İran dəstəkli terrorçu qruplaşmalara hücum edəcək.
Publika.az xəbər verir ki, terrorçular artıq hücum planı hazırlayır.
PKK Suriyanın Deyr-əz-Zor bölgəsinə aid Şıxeyl ilçəsində İŞİD ilə mübarizə bəhanəsi ilə əməliyyat başlatmış və 200 hektarlıq ərazini yandırmışdı. Yerli qaynaqların verdiyi məlumata görə, PKK bu yolla şəhərin şərqində nəzarəti ələ keçirdikdən sonra şəhərin qərbindəki İran dəstəkli qruplaşmalara hücum edəcək. Koalisiya qüvvələri 3 ay boyunca PKK/YPG-yə bu əməliyyat üçün Əyn İsa bölgəsində və “Ömər” neft sahəsində təlimlər keçib. Təşkilat bölgədəki ərəb tayfalarını düşmənə qarşı istifadə edə bilmək üçün tərəfinə çəkməyi də planlaşdırıb.
Qeyd edək ki, İraq-Suriya sərhəd xəttində yerləşən və Fərat çayının iki yerə böldüyü Deyr-əz-Zor şəhərinin şərqində ABŞ dəstəkli PKK/YPG, qərbində isə bəşər Əsəd rejimi və müttəfiqi olan İran dəstəkli terrorçu qruplar yerləşib.
Ərəb tayfaları şəhərdə aprelin 25-dən bəri PKK/YPG-yə qarşı etiraz aksiyaları təşkil edir.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar