ERMƏNİ MƏKRİ TÜKƏNMƏK BİLMİR! – Paşinyan islamçı-döyüçüləri Qarabağa “gətirir”!

18-05-2019, 21:52   

 



Mayın 17-də Yerevanda rusiyalı jurnalistlərlə görüş zamanı üzdəniraq Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağda gərginliyin artması bu gün İraq və Suriyadan qaçan islamçı-döyüşçüləri bizim bölgəyə gətirə bilər.
«Siz görürsünüz, İran ətrafında necə gərgin situasiya yaranıb və bu gərginlik artmaqda davam edir. Suriyada və İraqda islamçı radikal qruplaşmaların böyük sayda döyüşçüləri var və onlar anlayırlar ki, daha Suriyada və İraqda onlara yer yoxdur. Bizdə olan məlumatlara görə, bu gün onlar özlərinə yeni yer axtarırlar. Əgər bizim bölgədə yeni gərginlik yaranarsa, onların, məsələn, Azərbaycana axışması üçün yaxşı səbəb ola bilər. Onlar üçün bu, çox münasib nöqtədir və buradan öz fəaliyyətlərini İran, Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində (bəs, Ermənistan? – M.A.) təşkil edə bilərlər» – deyə, sürüşkən-məkrli Paşinyan «öz narahatlığı»nı rusiyalı jurnalistlərlə bölüşüb.
Paşinyan əlavə edib ki, Qarabağda yeni müharibə «artıq lokal olmayacaq» və əmin olduğunu bildirib ki, bunu Azərbaycanda, Rusiyada və İranda da anlayırlar…
Əslində isə dığanın narahatlığının səbəbi başqadır və bu sayıqlamaları ilə o, gerçək niyyətini gizlətməyə çalışır və «yolüstü» Rusiyanı Azərbaycana qarşı kökləmək niyyəti güdür. Məsələn, İrandan və Suriyadan ən çox erməni qaçqın məhz Ermənistana gəlib (gətirilib) və məhz Azərbaycanın Ermənistan qoşunları tərəfindən işğal edilmiş ərazilərində yerləşdirilib. İndi kim zəmanət verə bilər ki, həmin ermənilər «Asala» terrorçuları deyil? Beynəlxalq ictimaiyyətin, o cümlədən İranın və Rusiyanın diqqətini bu mənzərədən yayıdırmaq məqsədilə, Paşinyan bu gün «süni şəkildə ağrılı» problemə çevrilmiş «radikal-islam»dan söhbət açır…
Bu məqamda, əhəmiyyətli bir nüansa da diqqət yetirmək lazım gəlir – dığa sadəcə, qorxur! Qorxur ki, özünün beynəlxalq hüquqlarından bəhrələnərək, Azərbaycan işğal edilmiş ərazilərində antiterror əməliyyatlarına başlayar və torpaqlarını müharibə yolu ilə azad etməyə girişər. O zaman, haray çəkib, «qoymayın, islamçılar bizi qırır!» - deyə, dünyaya üz tutmaq üçün Paşinyan indidən «bəhanə təməli» yaratmaq cəhdləri göstərir…
Mirzə AĞ
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar