Stanislav Tarasov
regnum.ru, 18.05.2019
Gürcüstan prezidenti Salome Zurabişvili Estoniyada Lennerat Meri adına beynəlxalq konfransda çıxış edərək bir neçə olduqca maraqlı bəyanat verib. Onun sözlərinə görə, “Avropanın gələcəyi hələ sonadək aydın deyil, Gürcüstanın halında isə daha çox qeyri-müəyyənlik var”.
Zurabişvili, adətən, “Rusiya ilə qonşuluq o qədər də təhlükəsiz deyil” deyərək “ruslarla dostluğu” qılınclayıb. Amma, budur, onun Türkiyə barədə bəyanatı, sadəcə, həyəcan doğurandır. Prezident qeyd edib – “Bu ölkənin qeyri-müəyyənlikdə olan Yaxın Şərqdə yerləşməklə hansı yolu seçəcəyini bilmirik”. Axı Gürcüstan liderləri lap bu yaxınlarda Türkiyə haqda pafoslu bəyanatlarla çıxış edib, “iki dövlətin qarşılıqlı münasibətlərindəki işbirliyinin strateji xarakteri”ndən danışıblar. Xəzər bölgəsi enerji resurslarının Gürcüstan ərazisindən Avropa ölkələri və Türkiyəyə ixracına yönəlmiş kommunikasiyaları göstərərək hamını müdadfiə və təhlükəsizlik sahəsində sıx işbirliyinə qədər səmimi Azərbaycan-Gürcüstan-Türkiyə həmrəyliyi amilinin varlığına inandırıblar.
Bəs məsələ nədədir? “Le Monde” qəzeti Zurabişvili Gürcüstan prezidenti postuna keçəndən dərhal sonra proqnozlaşdırıb ki, o, “daha çox Avropa” siyasəti yürütməyə yönələcək ki, bu da onu V yüzillikdən xristianlığın qalası “Qızıl qoyun dərisi” kimi qonşu Azərbaycan və Ermənistan arasında fərqləndirməlidir. Göstərməlidir ki, “Gürcüstan Avropaya gərəkdir”, Tiflis bölgədə alternativ siyasi model qurmağa və Avropanın nüfuzunu genişləndirməyə qabildir. Hətta Zurabişvili Fransanın keçmiş diplomatı kimi inanırdı ki, yerli siyasətçilərdən fərqli olaraq Avropa siyasətinin bütün qəlizliklərindən yaxşı baş çıxardır. Və tarixdə Cənubi Qafqazda Avropa quruculuğunun ilk səhifəsini açmağı bacarar, Fransa nəşrinin yazdığı kimi, “Brüssel və Tiflis arasındakı böyük məsafəyə baxmayaraq yeni Avropanın bölgə laboratoriyası olar”. Çünki xarici siyasətdə qabaqkı paradiqma Gürcüstanın yeni prezidentinə əl vermir, axı Tiflis hesablanmamış geopolitik çağırışlarla üzləşib. Gürcüstanın ən önəmli tərəfdaşlarından biri Türkiyə təkcə AB-yə interqasiya perspektivini itirməyib, həm də, demək olar, bütün Yaxın Şərqi bürüyən burulğanlığın lap ortasına düşüb. Ölkə daxilində 2016-cı ildə baş tutumayan dövlət çevrilişi cəhdindən sonra parlament-prezident respublikasından sonra prezident respublikasına keçid edilib ki, bu da Avropada avtoritarizmə sarı meyl kimi dəyərləndirilir. Türkiyənin özündə güclənəın avrasiyaçılıq axınları fonunda Brüsseldən, elə Parisdən də Türkiyənin daxili siyasətinə kəskin tənqidlərin səsləndiyi bir durumda Avropa mərkəziyyətçisi və ideologiyaca sazişlə tutulmuş Zurabişviliyə Ankara ilə yeni münasibətlər qurmaq yaraşmaz. İstisna deyil ki, Tiflis bir müddətdən sonra Türkiyənin Abxaziyada iştirakı problemini də aktuallaşdırar, türklərin “Abxaziya pəncərəsi”ni bağlamaq tələbilə çıxş edər. Gürcüstan Suriya yönündə Rusiya-Türkiyə alyansına da ehtiyatla yanaşır.
Yaddan çıxarmayacağıq ki, Ankara 2008-ci il avqust Qafqaz savaşından sonra NATO üzrə müttəfiqlərindən fərqli olaraq “beynəlxalq hüququ pozmağa” görə Moskvanı qınamayıb, “Qafqaz platforması” -ATƏT-in bölgə analoqu təşəbbüsü ilə çıxış edib. Bir sözlə, Tiflis və Ankara arasındakı münasibətlərdə “minuslar” və “sualtı axınlar” üzə çıxmağa başlayır. Elə, ya belə, bu, Tiflis və Bakı arasındakı münasibətlərə də təsir edəcək. Əlbəttə, Gürcüstan öz ərazisindən keçən Azərbaycanın energetik boru kəmərləri və tranzit yük daşımalarının mövcud inkişaf strategiyasını kəskin dəyişmək niyyətində deyil. Amma hər şeyə əsasən, əvvəlki ideoloji və geopolitik qat bu layihələrdən götürüləcək. Bununla yanaşı, Tiflis Yaxın Şərqin sabitsizlik çəkici ilə böhranda olan Avropanın zindanı arasına düşəcək. Öz liderlərinin siyasi istək və səylərindən asılı olmayaraq tarixi matrisa – coğrafi və geopolitik özünü eyniyyətləşdirmə imkanlarının çoxluğu ilə üzləşir.
Lakin Gürcüstanın Yaxın Şərqdə antirusiya blokuna girmək perspektivi yoxdur. Brüssel yolunda isə işıqforlar qırmızı işıq yandırıb ki, bu da müxtəlif yönlərdə güclü beynəlxalıq siyasət formalaşdırmaq imkanı vermir. Nəticədə Zurabişvili güc mərkəzləri arasında vurnuxur. Bu, gec, ya da tez, ölkədə daxili-siyasi vəziyyətə təsir edəcək. Cənubi Qafqazda çağdaş siyasi durumun özəlliyi Zurabişvilini obyektivcəsinə Rusiyaya güzəştə getməyə və münasibətləri yoluna qoymağa vadar edir. Bu başdan asanlıqla demək olar ki, İran ətrafında durumun bundan sonrakı kəskinləşməsi Gürcüstanı özəl mövqeyə çıxaracaq: O, Bakı və Ankaraya birtərəfli yön götürməyə düzəliş etməli və Rusiya tərəfdən təhlükə adlanan duruma uyuqla xox gəlməməlidir.
Buna zaman gərəkdir. Zurabişvili qurduğu Avropayönlü geopolitik kombinasiyaların uydurma olduğuna inanmalı və bölgəsəl və kürəsəl gerçəkliklərə alışmalıdır. O, önəmli olsa da, hələlik növbətçi deyimlər ifadə edir. Sonra nə olacaq?
Tərcümə Strateq.az-ındır.