Dünən andiçmə mərasimi keçirilən Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı diqqət mərkəzindədir.
Ukraynanın birinci xanımı Yelena Zelenskayanın mərasimdəki geyimi maraq doğurub.
Cebhe.info xəbər verir ki, Zelenskaya mərasimə ipək paltarda və pencəkdə gəlib. Onu birinci xanım üçün ukraynalı dizayner Artyom Klimçuk hazırlayıb. Onun tikilişinə 184 saat sərf olunub və 7 mütəxəssis prosesə cəlb olunub. Dərzilər ənənəvi Ukrayna motivlərindən istifadə ediblər. Bu motivlərə 19-cu əsrdə Poltavada toxunan xalçalarda rast gəlinir.
Birinci xanımın qızıl sırğalar da məhz həmin gün üçün özəl olaraq hazırlanıb. Sırğalar Ukrayna brendi olan "Guzema Fine Jewelry"yə məxsusdur.
Bundan əvvəl yayılan xəbərlərə görə, Zelenskinin xanımı çox imkanlıdır və 2013-cü ildə Krımda elit yaşayış massivində dəbdəbəli ev alıb. Ancaq bu ev Zelenski ailəsinə bazar qiymətindən iki dəfə ucuz başa gəlib.
Xəzər
Cebhe.info