Abituriyentlərin buraxılış və qəbul imtahanları geridə qaldı.
Məlum olduğu kimi, aprel ayının 7-də buraxılış imtahanı, may ayının 12-də I və IV qruplar üzrə qəbul imtahanları, may ayının 19-da isə II və III qruplar üzrə qəbul imtahanları keçirildi.
Lakin müəyyən səbəblərdən hələlik bu 3 imtahanın nəticələri hələ də açıqlanmayıb. Abituriyentlər və valideynlər isə həyəcanla buraxılış və qəbul imtahanlarının nəticələrinin cəmini hesablamağı gözləyirlər.
Digər tərəfdən, bu il tətbiq olunan yeniliklərdən biri də qəbul imtahanlarının iki mərhələdə keçirilməsidir. Bir neçə gündən sonra artıq qəbul imtahanlarının ikinci mərhələsində iştirak edəcək abituriyentlərin sənəd qəbuluna başlanacaq.
Bütün bunlarla bağlı abituriyentlərin xeyli sualları var ki, təhsil eksperti Kamran Əsədov təqdim etdiyimiz videoda ona aydınlıq gətirib.
Musavat.com həmin videomüsahibəni təqdim edir.
Nərgiz LİFTİYEVA,
Məğrur MƏRD