“Belə dəlixananı heç yerdə görmək olmaz” – Mehman Hüseynov

23-05-2019, 10:10   

“Deyirəm belə dəlixananı heç yerdə görmək olmaz. Dünən səhiyyə naziri haqda o boyda paylaşım elədim. Təyyarədən düşən kimi xəbər oxudum ki, səhiyyə nazirliyin mətbuat xidməti açıqlama yayıb nazirnən görüşümüz haqda”. 

“Yeni Sabah” xəbər verir ki, bunu bloqqer Mehman Hüseynov sosial şəbəkədə yazıb. Bildirib ki, bu açıqlamaya çox sevinib, düşünüb ki, yəqin nazirlik haqq yoluna gəlib,  nazirə verdiyi sualların cavabını yazıblar: “Amma yox. Xəbəri açdım gördüm o boyda nazirlik yazıb ki, nazir Oqtay Şirəliyev Mehman Hüseynovu tanımadı. Bələ biabırçı açıqlama olar?

Bəyəm mənim problemim bu idi ki o məni tanıyacaq ya yox? Bəyəm o məni tanıdı və ya tanımadı bunun mənə istisi soyuğu var? Mən ona “məşhur bloger, jurnalist” kimi yaxınlaşmamışdım və özümü elə təqdim eləməmişdim. Mənə maraqlı deyil o məni tanıyır ya yox. Mənə bir Azərbaycan vətəndaşı olaraq maraqlı olan və narahat edən odurki “Səhiyyəmiz niyə bərbad günündədi? Niyə dövlət xəstəxanalarında hər addım başı rüşvət istəyirlər, pul yığırlar. O pullar kimin cibinə gedir? Niyə pul vermədikdə insanlar ölməlidir?”. Problem bax budur. Səhiyyə nazirliyi nazirin məni tanıyıb tanımamaq açıqlamasını yaymaqdansa xalqı maraqlandıran və narahat edən bax bu sualların cavablarını yaysınlar!”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar