“Bu iki yarışın üst-üstə düşməsi Bakı üçün kabus olacaq” – Arif Rəhimov

29-05-2019, 19:18   

 
“Gələn il biz hansısa yarışda iştirak etsək, daha çox çarter reysi təşkil etməyə və biletləri maraqlı olan adamlara satmağa çalışacağıq. Bizim istədiyimiz odur ki, bütün tamaşaçılar üçün hər şey asan olsun. Bu, əvvəl etdiyimiz deyil, gələcəkdə etmək istədiyimizdir”.
ONA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov deyib.
O “Reuters”ə bildirib ki, Böyük Britaniya “Formula-1” üzrə Azərbaycan Qran-prisinə gələn ölkələr sırasında Rusiyadan sonra ikinci yerdədir. Üçüncü pillədə isə Almaniya qərarlaşıb.
Bu rəqəmlər Avropa Liqasının finalı ilə müqayisədə böyük deyil. A. Rəhimovun sözlərinə görə, “Arsenal” və “Çelsi” 68 700 tamaşaçı tutan arenada 6000 bileti bölüşdürüb: “Formula-1”də isə biz 3-4 min rusiyalı, min Böyük Britaniyalı fanatdan danışırıq. Bunlar adi biletlərin sahibləridir. Bundan başqa, qonaqlar və digərləri də var”.
O qeyd edib ki, Qran-pridə iştirak üçün komandalar daxil olmaqla, Londondan Bakıya gələnlərin ümumi sayı 3000 nəfərə yaxındır.
İcraçı direktor AVRO-2020 və Azərbaycan Qran-prisinin eyni vaxta təsadüf etməsinə də münasibət bildirib: “Hazırda biz gələn ilin iyunu barədə danışırıq. Lakin həmin vaxt çox maneələr olacaq. AVRO-2020-nin 4 oyunu iyunun 13-ü, 17-si, 21-i və 24-ü Bakıda keçiriləcək. Əlbəttə, bu iki yarışın üst-üstə düşməsi şəhər üçün kabus olacaq. Biz də, AVRO-2020 də öz azarkeşlərini itirəcək. Ona görə də biz iyunun əvvəlini nəzərdə tuturuq və ümid edirik ki, hər şey alınacaq”.
Qeyd edək ki, son illər apreldə keçirilən Azərbaycan Qran-prisinin 2020-ci ildə iyunda təşkili planlaşdırılır.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar