Elmar Məmmədyarov
Nezavisimaya gazeta, 27.05.2019
Azərbaycan Respublikası hələ 1918-ci il mayın 28-də elan edilmiş dövlət müstəqilliyini, demək olar, 30 il əvvəl bərpa edib. Lakin qonşu Ermənistanın Qarabağın – Azərbaycanın tarixi və mədəni beşiyinin işğalına gətirən silahlı təcavüzü öz taleyini həll etməyə yenidən hüquq əldə edən millətin təntənəsinə kölgə salıb. Təcavüzün nəticəsi on minlərlə günahsız insanın həlakı və bir milyondan çox azərbaycanlının qovulması olub.
Bu necə baş verib
Bu, respublikamız üçün çətin illər idi. Amma hərbi təcavüzün ağır nəticələri və etnik təmizləmə Azərbaycan xalqının ruhunu qırmayıb. Azərbaycanlılar birləşmək və irəli getmək üçün özlərində güc tapıblar. Azərbaycan 1994-cü ildən Ermənistanla atəşkəs anından keçən 25 il boyunca daha güclü və uğurlu dövlət, dünya xalqları birliyinin hörmətli iştirakçısı olub.
Ermənistanda isə başqa bir durum formalaşıb. Sosial-iqtisadi göstəricilərin pisləşməsi, təcrid və aydın perspektivsizlik 1980-ci illərin sonundakı erməni millətçilərinin macəralarının nəticəsidir. Onlar sovetsonrası xaosdan yararlanaraq məhz o zaman Azərbaycanın çoxdankı ərazilərini zorla qopartmağa girişiblər. Onların iddiaları Azərbaycanın təkcə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ilə məhdudlaşmayıb, Naxçıvan Muxtar Respublikasını, Gücüstan və Türkiyə ərazilərinin bir qismini də Ermənistanın tərkibinə birləşdirməyi tələb ediblər.
Ərazilərin silahla qəsbindən qabaq Azərbaycana qarşı siyasi təcavüz olub. Ermənistan Ali Soveti SSRİ Konstitusiyasına qarşı çıxmaqla “Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşməsi haqda” qərar qəbul edib. Bu, sonralar Ermənistanın 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinin əsasında durub, buna istinad Ermənistan Respublikasının qüvvədə olan Konstitusiyasında əks olunub. Qarabağ bölgəsini Ermənistana birləşdirmək tələbinə əsaslanan “miatsum” (“yenidən birləşmə”) çağırışı onun ideoloji təməli kimi möhkəm təsbit olunub.
Beynəlxalq hüquqa qarşı
Ermənistan təkcə Dağlıq Qqarabağı deyil, həm də Azərbaycanın ona bitişik yeddi başqa rayonunu işğal edərək qəsb edilmiş ərazilərdə cəzasız olaraq göstəriş verir. Onun rəhbərliyinin Azərbaycanla danışıqlarda Dağlıq Qarabağ erməniləri adından çıxış etmək hüququnun olmadığı haqda bəyanatı İrəvanın özününcə konkret əməlləri ilə təkzib olunur. Əgər Ermənistan və Dağlıq Qarabağ ermənilərini bir-birindən ayırır və sonuncuları danışıqlarda təmsil etməkdən imtina edirsinizsə, onda öz çağırışçılarınızı niyə Qarabağa hərbi xidmətə göndərirsiniz? Niyə Ermənistanın büdcəsindən hər il separatçı rejimə ciddi pul vəsaiti ayrılır? Qarabağ ermənilərinə niyə Ermənsitan Respublikası vətəndaşlarının hüquqları verilir və ümumvətəndaş kimliyi və pasportu alırlar?
Yeri gəlmişkən, bütün bu suallar İnsan Haqları üzrə Avropa Məhkəməsinin (İHAM) 2015-ci il 16 iyun tarixli 13216/05 saylı qərarında (Çıraqov və başqaları Ermənistana qarşı) birmənalı cavab alıb. İHAM təsdiq edib ki, Ermənistan Respublikasının hərbi dəstəyi ərazilərin qəsbi və üzərində faktiki nəzarətin həyata keçirilməsində həlledici olub və qalmaqdadır. Məhkəmə separatçı qurumun Errmənistandan siyasi, maliyyə və başqa asılılığından xəbər verən sübutlar əsasında nəticəyə gəlib ki, “Ermənistan Respublikası Dağlıq Qarabağa həlledici təsirə malikdir və bu durum indiki anadək davam edir” və “Dağlıq Qarabağın və administrasiyasının varlığı uyğun olaraq Dağlıq Qarabağ və bitişik rayonlarda effektli nəzarət həyata keçirən Ermənistanın hərbi, siyasi, maliyyə və başqa dəstəyindən asılıdır”.
Münaqişənin nəticələrini aradan qaldırmaq
Azərbaycan 25 əvvəl atəşkəs rejiminin müəyyən edilməsilə ümid edirdi ki, Ermənistan işğal olunmuş ərazilərin azad edilməsi hadqa beynəlxalq qurumların qərarlarını icra etmək yolunda duracaq. Atəşkəs haqda razılşama 1994-cü il 6 dekabr tarixli Budapeşt sammitinin qərarı ilə dəstəklənib.
İştirakçı ölkə və dövlətlərin başçıları “silahlı münaqişənin dayandırılması haqda siyasi saziş bağlamaq məqsədilə – bunu gerçəkləşdirmək münaqişənin bütün tərəfləri üçün nəticələrini aradan qaldırar və Minsk konfransını çağırmaq imaknı verər – danışıqlar aparmaq”dan ötrü təcili addımlar atmağı Minsk konfransının həmsədrlərinə elə o zaman tapşırıblar.
Bu qayda ilə münaqişənin birinci növbədə Azərbaycan ərazilərinin işğalı və Azərbaycan əhalisinin oradan qovulması daxil olmaqla birinci mərhələdə aradan qaldırılmalı olan əsas nəticələrinin tənzimlənməsini mərhələli gerçəkləşdirmək haqda həmsədrlərə tapşırıq verilib ki, bu da Minsk konfransını çağırmaq üçün əlverişli şərait yaratmağa imkan verəcək.
Qaçqınların qayıdışı
Ermənistan tərəfinin Budapeşt qərarından çıxış etməklə Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı rejimi münaqişənin üçüncü tərəfi kimi göstərmək cəhdləri heç bir tənqidə tab gətirmir. Məlumdur ki, atəşin kəsilməsi münaqişə iştirakçıları kimi Azərbaycan və Ermənistanın razılığı ilə əldə olunub. Bu yanaşma ATƏŞ Nazirlər Sovetinin münaqişə tərəflərinin statusunu müəyyən edən yeganə ümumi qərar olan 1992-cil 24 mart tarixli Helsinki qərarının müddəasına tam uyğun gəlir.
ATƏT Minsk Qrupu həmsədrlərinin 1995-ci il 23 mart tarixli mandatının əsasına da bu çıxış nöqtəsi qoyulub. O, müəyyən edir ki, “həmsədrlər öz fəaliyyətlərində ATƏT-in prinsip və normaları, BMT Nizamnaməsi, Nazirlər Sovetinin 1992-cil 24 mart tarixli qərarı daxil olmaqla ATƏT-in qərarlarını, habelə BMT Təhlükəsizlik Şurasının uyğun qətnamələrini əsas tutacaq”.
Dərin təəssüf doğurur ki, Ermənistan tərəfi doğma diyarın cari ictimai sistemi və gələcəyini müəyyən etməkdə səsdən məhrum olan on minlərlə Dağlıq Qarabağ azərbaycanlısının etnik təmizləmə faktına məruz qaldığını inadla inkar edir. Bu gün dünya birliyi bu fikirdə həmrəydir ki, məcburi azərbaycanlı köçkünlər Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində suverenlik və ərazi bütövlüyünün bərpası ilə öz doğma evlərinə qayıtmaq imkanı əldə edəcəklər.
Ermənistanda özlərinə hesabat verməkləri lazımdır ki, dünya birliyi hərbi təcavüz və işğalın nəticələrini heç vaxt legitim saymayacaq. Buna görə də guya xalqların öz müqəddəratını təyin etmək hüququnun gerçəkləşdirilməsi çağırışı altında işğal edilmuiş ərazilərdə status-kvonu saxlamaq kursunun heç bir perspektivi yoxdur. Yeri gəlmişkən, bu prinsip Helsinki aktının 1975-ci il yekun aktında sıradakı redaksiyada yazılıb: “İştirakçı dövlətlər dövlətlərin ərazi bütövlüyünə aid olanlar daxil olmaqla daim beynəlxalq hüququn və BMT-nin uyğun prinsip və hədəflərinə müvafiq hərəkət edərək xalqların öz taleyini idarə etməkdə bərabər hüquq və haqqına hörmət edəcək”.
Bu, aydınca xəbər verir ki, göstərilən prinsip yalnız dövlətin ərazi bütövlüyü çərçivəsində tətbiq edilə biləndir.
İmitasiya deyil, gerçək danışıqlar
Azərbaycanın praktikada dəfələrlə təsdiqlədiyi mövqeyi bundan ibarətdir ki, BMT TŞ qətnamələrinin icrası vasitəsilə respublikanın suverenliyi və ərazi bütövlüyü onun beynəlxalq sərhədləri çərçivəsində bərpa edilsin. Bu, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının dinc və təhlükəsiz yanaşı yaşayışını təmin etmək imkanı verər.
Hər iki icma sülh, tərəqqi və işbirliyi şəraitində öz diyarının cari və gələcək binasını birgə həll edə bilər, bu da Ermənistan və Azərbaycan arasında xeyirxah qonşuluq münasibətlərinin və bölgədə çoxdan gözlənilən sülh və təhlükəsizliyin etibarlı təməlinin bərpasını qoyar.
Bakıda Azərbaycanla münaqişəni daha sürətlə tənzimləmək üçün Ermənistanın yeni rəhbərliyindən məsuliyyətli hərəkətlər gözləyirlər. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistanın yeni rəhbərliyindən gözləntilərə işarə edib ki, o, “keçmiş hakimiyyətin səhvini təkrar etməyəcək, münaqişənin tezliklə həlli üçün ciddi iş görəcək və bununla da imitasiya xatirinə deyil, gerçək danışıqlar prosesinə start veriləcək”.
Tərcümə Strateq.az-ındır.