İcra başçısının müavini işdən çıxdı - Prezident Administrasiyasına təyinat aldı
30-05-2019, 14:42
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı vəzifəsindən azad edilib.
Anaxeber.info Report-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.
N.Muxtarlı Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.