Hurriyyet.org xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Amerika Birləşmiş Ştatları iki ölkə arasında ilin əvvəlində imzalanan müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin qüvvəyə mindiyini bildirib. BƏƏ-nin WAM informasiya agentliyinin bildirdiyinə görə, iki ölkə tərəfindən verilən birgə yazılı açıqlamada qüvvəyə minən razılaşmanın mövcud böhranlı dövrdə iki ölkə arasındakı iqtisadi, siyasi və hərbi tərəfdaşlıq əlaqələrinin inkşafına kömək edəcəyi bildirilib. Açıqlamada bu müqavilənin müdafiə və təhlükəsizlik sahələrindəki məsələlərdə əməkdaşlığın artırılması və iki ölkənin körfəzdəki təhlükəsizliyinin qorunması üçün səylərinin dəstəklənməsini təmin edəcəyi qeyd edilib.
ABŞ ilə BƏƏ arasındakı razılaşma Körfəzdə İran ilə ABŞ arasındakı gərginliyin artdığı bir dövrdə qüvvəyə mindi.
Qeyd edək ki, Tehranın neft ixracına embarqo qoymuş ABŞ aprel ayında İranın İnqilab Keşikçiləri Korpusunu terrorçu elan eləmişdi.
ABŞ may ayında İrandan qarşı gələcəyi güman edilən təhdidlərə qarşı USS Abraham Lincoln təyyarə gəmisini 4 nüvə başlıqlı B52 bombardman təyyarələrindən ibarət qüvvə ilə birlikdə Bəsrə körfəzinə yerləşdirib.
Hurriyyet.org