Hurriyyet.org xəbər verir ki, Türkiyədə 31 mart seçkilərindən sonra HDP partiyasının ixtiyarına keçən Derik rayon bələdiyyəsində türk dilində danışmaq qadağan edilib. Yeni bələdiyyə başçısı Mülkiye Esmez bələdiyyədə kürd dilində danışılmasını tələb edib.
Aralarında 7 nəfər şəhid və polis ailəsi üzvləri də olan işçilər ağır psixoloji təzyiq altında qaldıqlarını bildiriblər. Bu adamlar əvvəlcə təmizlik işlərinə göndəriblər. Ardından şəhid, polis yaxınları və qəyyum idarəçinin dövründə işə girənlər may ayının 15-dən etibarən işdən və Sosial Sığortalar Təşkilatından çıxarılıb. Çıxarılan işçilərin yerinə PKK üzvləri işə götürülüb.
Qəyyum bələdiyyəsi dövründə iki il boyunca şofer işləmiş, şəhid Nuri və İdan Dinç qardaşlarının qardaşı Mehmet Dinç deyib: “Bizə dedilər ki, siz dövlətin adamısınız, qəyyumla gəldiniz, qəyyumla gedəcəksiniz. Biz sizi görmək istəmirik. Qardaşlarımın biri 1993-cü, o biri isə 2016-cı ildə mina partlayışı nəticəsində 4 əsgərimizlə birlikdə şəhid olub. Biz işdən çıxarılmağımızdan mayın 23-də xəbər tutduğumuz üçün 8 gün boş yerə təmizlik işlərində çalışdıq. İki nəfər PKK üzvü şofer işinə götürülüb. Onlardan birinin oğlu dağda, digəri isə xaricdə terororçuluq edir”.
Hurriyyet.org