MM-də deputatdan sensasion çağırış: Paşinyanı vurun!

31-05-2019, 14:10   

 


   
Mən əsgərlərimizə əmr verə bilmərəm, amma onlara müraciət edirəm.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Aydın Mirzəzadə deyib.
O, snayperlərə müraciət edərək bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilən ərazilərinə, cəbhə xəttinə gələrsə, onu məhv etsinlər:
“Snayperlərdən xahiş edirəm ki, Paşinyanı vursunlar. Ermənistan yeni baş nazir tapar. Elə Ermənistan müdafiə naziri də işğal edilən Azərbaycan ərazilərinə gələrsə, onu vursunlar.
Zabitimizin qanı yerdə qalmasın. Ermənistan bilməlidir ki, belə təxribatçı addımların cavabı sərt şəkildə verilir”.
Qeyd edək ki, ötən gün erməni snayperinin atəşi nəticəsində mayor, tabor komandiri Aqil Omarov şəhid olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar