Paşinyanın Şuşada oynadığı Azərbaycan yallısı – Video

3-06-2019, 16:12   

 


   
Ermənistan Baş naziri Nikol Paşinyanın işğal altında olan Azərbaycan torpağı Şuşada yallı oynamasından sonra qısaca araşdırma apardıq və məlum oldu ki, bu, Azərbaycanın “Çimənkənd” yallısıdır. Sadəcə, bu vaxta qədər sözügedən yallı nota köçürülmüş şəkildə qalıb. Yəni ifa edilməyib və quruluş verilməyib.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli bir qədər əvvəl saytımıza verdiyi açıqlamada həm yallının notunu, həm də pianoda ifasını təqdim etdi.
O bildirdi ki, “Çimənkənd” Azərbaycan yallısıdır, lakin təəssüf ki, zamanında buna sahib çıxmamışıq.
Azərbaycanın 200-dən artıq və bunlardan bir çoxu ifa edilib. Ermənilər isə axtarıb-araşdıraraq, məhz ifa edilməmiş yallını seçib, mənimsəməyə çalışıblar.
Biz daim ermənilərin həm maddi-mədəni, həm də də torpaq iddiaları qarşısında geri çəkilmişik. Onlar Azərbaycana qarşı mənimsəmə siyasətini təkcə torpaq məsələsində deyil, bütün cəbhələrdə aparırlar. Biz bu düşünülmüş erməni siyasətinin qarşısını almaq üçün öz dəyərlərimizə - abidələrimizə, musiqimizə, mətbəximizə sahib çıxmağı bacarmalıyıq. Mətbəximizin, musiqimizin, abidələrimizin ən gözəl nümunələrini ermənilərə bəxş edə-edə onların “qədim xalq” obrazı yaratmalarına dolayısı ilə yardım etmişik. Özləri haqda “qədim və böyük mədəniyyət daşıyıcısı” imici formalaşdırandan sonra işğallara başlayıb ermənilər.
Axar.az üzə çıxardığı “Çimənkənd” yallısını tanınmış sənətkarlar - əməkdar artistlər Şirzad Fətəliyev, İlham Nəcəfov, balaban ifaçısı Məqsəd Əzizov, nağaraçı Elçin Qurbanov, qoşanağara ifaçısı Elçin Vəliyev və davulçu Asif Ağayev ifasında lentə aldırıb.
P.S. Çimənkəndi istəyiriksə, əvvəlcə “Çimənkənd yallısı”na sahib çıxaq:

[media=//www.youtube.com/watch?v=MGHtbVtzt1c]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar