TÜRKİYƏDƏ 3 BƏLƏDİYYƏ RƏİSİ İŞDƏN QOVULDU - Terrora dəstək verirdilər

19-08-2019, 12:58   
  •  


Türkiyənin Van, Mardin, Diyərbəkir vilayətlərinin bələdiyyə rəisləri işlərindən qovulublar. Onların yerinə müafiq olaraq həmin vilayətlərin valiləri qəyyum olaraq təyin edilib. 
“AzPolitika.info”nun məlumatına görə, Türkiyənin Daxili İşlər Nazirliyi yaydığı məlumatda bunun səbəıbi kimi, həmin bələdiyyə rəislərinin terrora açıq dəstək vermələri,  onların barəsində cinayət işinin açılması göstərilib.
Bələdiyyə rəislərinin də PKK-ya logistik dəstək verdikəri, dövlətin maliyyə imkanlarını PKK-ya yönəltdikləri, küçələrə məhv edilən terrçuların adlarının qoyulduqları, toplantılardan öncə terrorçuların xatirəsini andıqlarını, şəhid ailəlrinə qarşı təhqirlərə yol verdikləri və hətta rəsmi tədbirlərdə beləTürkiyə Cümhurriyyətinin himnini səsləndirməkdən imtina etdikləri məlum olub.
Həmin əyalətlərdə terrorun yenidən canlanmasına imkan verməmək üçün  nazirlik onların görəvlərinə son verib. Eyni zamanda bu cür ünsürlərə qarşı mübarizənin genişləndiriləcəyini bildirib.
o da qeyd edilib ki, terrorla mübarizə çərçivəsində son zamanlar 2000-ə yaxın olan PKK-çı sayı hazırda 600-ə endirilib. Bu da son 30 ildə ən aşağı göstəricidir.
Türkiyənin polis orqanları son günlərdə 29 rayonda PKK-çılara qarşı böyük əməliyyata başlamış və 418-dən çox şübhəlini göz altına almışdı. Bələdiyyə sədrlərinin həmin əməliyyat çərçivəsində işdən atıldığı bildirilir.
Qeyd edək ki, terroradəstək verən bələdiyyə rəisləri işlərindən qovulmasına həmin vilayətlərin əhalisi tərəfindən də  etiraz edilməyib.
Türkiyənin Daxili İşlər Nazirliyi  bələdiyyə başkanlarının görəvdən alınmasına səbəb  olan faaliyyətlərini geniş formada şəkillərlə yayımlayıb. AzPolitika.info həmin şəkilləri də təqdim edir:
 

                               
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar