“Nar”ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

20-08-2019, 14:58   




Ölkə əhalisini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən "Nar”, 4G texnologiyalı baza stansiyalarının sayını artırmaqda davam edir.

Mobil operatorun quraşdırdığı LTE baza stansiyaları sayəsində artıq Qobustan və Xızı sakinləri də 4G şəbəkəsi ilə təmin olunub. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq 55-ə yaxın rayon 4G baza stansiyası ilə təmin edilib. Belə ki, "Nar” son 3 ayda 600-dən çox 4G texnologiyalı, 40-a yaxın isə 3G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da, "Nar”ın 4G baza stansiyalarının sayı 2300-ü, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb.

"Nar” 4G şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisi ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də artırır. "Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. Hazırda ölkə əhalisinin 97.6%, ölkə ərazisinin isə 83,6%-i (işğal olunmuş ərazilər istisna olmaqla) "Nar”ın sürətli internetindən yararlana bilir. Mobil operator 8100-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçini yüksək sürətli internetlə təmin edir.

Qeyd edək ki, mobil operator ölkə boyu yeni baza stansiyaları quraşdırmaqla yanaşı, əvvəl quraşdırdığı baza stansiyalarını daim yeniləyir. Bundan başqa, "Nar” baza stansiyalarının şəbəkə tutumunu da genişləndirir.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar