Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu olub. Riyad Məmmədyarov Aleks Zapalla adlı əcnəbi xanımla ailə həyatı qurub. Cütlüyün toyu ABŞ-ın Nyu-York şəhərində baş tutub.
Yeniavaz.com xəbər verir ki, Riyad Məmmədyarov xarici ölkə vətəndaşı ilə ailə quran ilk yüksək çinli məmur övladı deyil. Daha əvvəl də Azərbaycanda yüksək rütbəli bəzi məmurların övladları əcnəbilərlə ailə qurub.
– Xarici ölkə vətəndaşı ilə ailə quran şəxslərdən biri Səhiyyə naziri Oktay Şirəliyevin qızı Nərmin Şirəliyevadır. Nərmin Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. Nərmin Şirəliyeva 2011-ci ilin martından Rusiyada hakim “Vahid Rusiya” partiyasının üzvüdür. 2018-ci ilin sentyabrında Moskva vilayətinin mədəniyyət naziri təyin edilib. Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından biri, məşhur televiziya və kino rejissoru Yevgeni Ginsburqla ailə həyatı qurub. Onların bu evlilikdən Aleksandr adlı bir oğulları dünyaya gəlib. Ginsburq 2012-ci ildə vəfat edib.
– Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin yeganə övladı – qızı Suad Qarayeva da xarici ölkə vətəndaşı ilə ailə qurub. Nazirin yeganə övladı İran əsilli iş adamı Şəhriyarla ailə qurub. Cütlük Londonda tanış olub. Suad Qarayeva Londonun Ali İqtisadiyyat Məktəbinin Fəlsəfə və Dövlət Siyasəti üzrə magistraturasını bitirib. Daha sonra aparıcı investisiya banklarında maliyyəçi vəzifələrində işləyərək uğurlu karyera qurmağa nail olub. Bunun ardınca Suad Qarayeva Mərkəzi Sent-Martin Kollecində müasir incəsənəti tədqiq etməklə və sonradan Qlazqo Universitetində Kristis Təhsil Proqramı üzrə Aktual və Müasir İncəsənət üzrə magistr dərəcəsini almaqla incəsənət aləminə qədəm basıb. Hazırda Londonda yaşayan S.Qarayeva bu şəhərdəki məşhur “Sotheby’s” Hərrac Evində layihə meneceri vəzifəsində işləyir. O, YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə kurator direktorudur.
– Əcnəbi ilə ailə quran daha bir məmur övladı Dövlət İmtahan Mərkəzinin (keçmiş TQDK) sədri Məleykə Abbaszadənin qızı Nərgiz Abbaszadədir. Nərgiz Birk-Petersen (Abbaszadə) 1976-cı il avqustun 7-də Bakıda doğulub. Hüquq təhsili almaq üçün ABŞ-a gedib. Burada hüquq təhsili almaqla yanaşı, bir müddət model kimi çalışıb. Bakıda keçirilən “Eurovision 2012” mahnı müsabiqəsinin aparıcısı olub. Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı quran Nərgiz hazırda bu ölkənin paytaxtı Kopenhagendə yaşayır. O, Danimarka vətəndaşıdır. Nərgiz Birk-Petersenin iki övladı var.
– “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov qızları – Mila və Cəmilə Əsgərovalar da xarici ölkə vətəndaşları ilə evlidirlər. – Mila Əsgərovanın həyat yoldaşı ingilis əsilli Robert Nortondur. Qeyd edək ki, Mila Əsgərova Londonda tanınmış incəsənət mütəxəssislərindən biridir, “Gazelli Art House” incəsənət qalereyasının təsisçisi və rəhbəridir. Həyat yoldaşı Robert Norton isə “Sedition art və Saatchi Online” şirkətlərinin keçmiş həmtəsisçisi və icraçı direktoru olub. O, həmçinin bir vaxtlar “Reuters” agentliyində müxbir olaraq da çalışıb. Əsgərovun digər qızı Cəmilə Əsgərova “Gazelli Azerbaijan” kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə “Azərbaycan Hava Yolları UK Limited” şirkətinin katibidir. (yeniavaz.com)