ERMƏNİ BAŞ NAZİRİN “AXİLLES DABANI”:Putinin etibarını qazana bilməyən Paşinyan Amerika ilə münasibətləri də korlayıb - TƏHLİL

21-08-2019, 19:26   

Sarqis Artsruni

“1in .am”, Ermənistan, 20 avqust 2019-cu il

 

Nikol Paşinyan son mitinqini bir il bundan öncə, ötən ilin 17 avqustunda keçirmişdi. Artıq Baş nazir idi və Respublika meydanında öz idarəçiliyinin 100 günlük hesabatını vermişdi.

Paşinyanın  çıxışının yenidən, hətta laqeydcəsinə oxunması belə təəssürat yaradır ki, Baş nazirin ötən il üçün verdiyi vədlər əsasən yerinə yetirilməyib və ya Paşinyan tərəfindən edilən iddialar, yumşaq deyilsə, reallıqdan uzaqdır.

Nikol Paşinyan bir il bundan öncə belə demişdi: “Biz sizə söz vermişdik ki, Ermənistanı talayanların hamısını növbə ilə bir-bir müəyyən edəcəyik və biz növbə ilə Ermənistan Respublikasının bütün talançılarını müəyyən edirik. Ancaq mən demək istəyirəm ki, bizim korrupsiya ilə mübarizədə mühüm vəzifəmiz həbsxanaların doldurulması deyil, sizdən oğurlanan pulların qəpiyinədək xalqa və dövlətə qaytarılmasıdır”.

Ötən il ərzində korrupsiyaya görə ittiham hökmləri verilməyib, keçmiş sistemin ikonik şəxsləri, Robert Köçəryan istisna olmaqla, azadlıqdadırlar və sakitcə oğurlanmış pullarla kef çəkirlər, bir sıra hallarda da yeni hakimiyyətlə açıq və ya örtülü formada əməkdaşlığa girirlər. Məsələn, İşxan Zakaryan Panerməni oyunlarının təşkilatçısı olaraq qalır və onun fəaliyyəti dəfələrlə Ermənistanın Baş naziri Nikol Paşinyan və Baş nazirin müavini Tiqran Avinyantərəfindən legitimləşdirilib.

Bu günlərdə Köçəryan-Sərkisyan cütlüyünün “gözünün işığı” İşxan Zakaryan Paşinyan və Avinyanla birlikdə Panerməni oyunlarının təntənəli qapanışında iştitrak edib.

Digər tərəfdən, Nikol Paşinyanın “əsrin rüşvətxoru” elan etdiyi, 14 milyon dollar rüşvət almaqda ittiham olunan sabiq Təbiəti mühafizə naziri Aram Arutyunyan “etibarlı şəkildə” hüquq-mühafizə orqanlarından gizlənir. İndi elə alınır ki, korrupsiya əleyhinə ən səs-küylü ifşa işi kimi Manvel Qriqoryanın “konservləşdirilmiş ət” işi görünür.

Əlbəttə, indi çoxları deyə bilər ki, problem cinayətkar oliqarxiya sisteminin qalığı olan məhkəmə hakimiyyətidir, onlar keçmişdə baş vermiş cinayətlərin açılmasına və dövlətin modernləşdirilməsinə əhəmiyyətli şəkildə mane olur. Bu, əlbəttə, belədir, lakin bu problemi bir il bundan öncə bizim hamımızdan çox Nikol Paşinyan dərk etmişdi. Ötən ilin tarixi mitinqində o demişdi: “… Bütünlükdə isə mən bu yaxınlarda bizim məhkəmə sisteminin bugünkü durumunu təsbit etməyi, ciddi müzakirə etməyi və keçid ədalət mühakiməsi orqanlarının yaradılması haqqında qərar qəbul etməyi son dərəcə vacib hesab edirəm. Çünki keçid dövrü üçün yaradılacaq ədalət orqanları bizə yalnız ona görə vacib deyil ki, bizim məhkəmə sisteminin korrupsiyalaşmış üzvlərinin çoxuna xalq inqilabı çatmır. Həm də ona görə vacibdir ki, bizim qanunvericiliklə bağlı müəyyən çətinliklər yarana bilər. Məsələn, “Qanunsuz varlanma haqqında” qanun 1 iyun 2017-ci ildən qüvvəyə minib və həmin tarixədək oğurlananların geri qaytarılmasında formal olaraq çətinliklər yarana bilər”.

İl ərzinddə heç nə dəyişməyib: hökumətin cinayətkarcasına hərəkətsizliyi kontekstində, məhkəmə hakimiyyəti açıq şəkildə inqilab gündəliyinə meydan oxuyur, hökumət isə konseptual qərarlarının olmaması ucbatından özünün atdığı emosional və düşünülməmiş addımları ilə, mahiyyətcə,  vettinqin (ing. vetting “yoxlama” deməkdir – tərc.) reallaşdırılması və keçid ədalət orqanları alətlərinin tətbiq edilməsi prosesini batırıb, Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhran dalana dirənib. Bundan əlavə, hökumətin peşəkarlığının olmaması və özünü itirməsi ona gətirib çıxarıb ki, “1 Mart işi” legitimliyini itirmə təhdidilə qarşı-qarşıya qalıb.

Ancaq Nikol Paşinyan və komandasının “Axilles dabanı” olaraq xarici siyasət qalmaqda davam edir. Bəzən belə təəssürat yaranır ki, hakimiyyət zirvəsində xarici siyasət haqqında dərin təsəvvürü olan adam yoxdur.

Bir il bundan öncə Nikol Paşinyan mitinqdə demişdi: “… Və birmənalı olaraq deyə bilərəm ki, erməni-rus münasibətləri nəinki pis deyil, respublikaçılara və onların əlaltılarına rəğmən, yaxşıdır və getdikcə daha yaxşı olacaq. Biz demişdik ki, xarici siyasətdə reveranslar olmayacaq və bizim siyasətimiz, bizim hədəflərimizdən biri erməni-rus dostluğunun dərinləşdirilməsi və erməni-rus münasibətlərinin yeni səviyyəyə qaldırılmasıdır. Üç ay bundan öncə mən söz verdim ki, erməni-rus münasibətləri yeni səviyyəyə qaldırılacaq. Və bu gün demək istəyirəm ki, müvafiq prosedurların keçirilməsindən sonra, sizin hamınız bizim yeni müstəqillik tariximizdə III respublikanın və SSRİ-nin dağılmasından sonra misli olmayan birgə erməni-rus humanitar layihəsi haqqında məlumat ala biləcəksiniz. Bu, misli olmayan əməkdaşlıq olacaq və bu, onun konkret sübutu olacaq ki, biz ardıcıl şəkildə, bəli, münasibətlərimizin yeni səviyyəyə yüksəldilməsi istiqamətində gedirik”.

Baş nazir tərəfindən qeyd edilən “misilsiz” layihə Suriyaya, necə deyərlər, humanitar missiya göndərmək imiş. Yeri gəlmişkən, hətta Serj Sərkisyan belə ona qarşı çıxmışdı. Lakin Nikol Paşinyan Putini məmnun etmək üçün buna razı oldu. Paşinyan bu “misilsiz” addımı ilə, əlbəttə, Putinin etibarını bərpa edə bilmədi, lakin erməni-amerikan münasibətləri, mahiyyətcə, böhrana girdiIII Respublika illərində erməni-rus münasibətləri heç vaxt belə  bu qədər böhranlı olmayıb. Moskva nəinki Robert Köçəryanı açıq şəkildə dəstəkləyir və “1 Mart işi”ndə adı keçən iki mühüm şəxsə sığınacaq verib, dünən cinayət ortaqları olan general Miqran Poqosyanı ekstradisiya etməkdən imtina etməklə, Yerevana şapalaq vurub.

Lakin ötən il ərzində hakimiyyətin dəyərlər sistemi və təsəvvürləri kardinal şəkildə dəyişib. Bu, daha pisdir. Əgər Nikol Paşinyan bir il bundan öncə Aqordakı mitinqdə yalnız demokratiyadan danışırdısa, hazırda hətta Cermuxa getməkdən imtina edərək, Amulsar qızıl mədənindən danışır.

Vəziyyət kəskin dəyişib, Nikol Paşinyan Nikol Paşinyana qarşı qoyulur. Və bu, cəmi bir il ərzində baş verib…

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar