Rus ekspertlər Ərdoğanın durumunu analiz edirlər:“AMERİKALILAR KÜRDLƏRİ TÜRKLƏRLƏ BARIŞDIRMAQ İSTƏYİRLƏR” – Müsahibə

22-08-2019, 17:40   

pravda.ru, 20.08.2019

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın mövqeyinin nə qədər etibarlı olduğu, kürd məsələsi və bunun mümkün həll üsulları haqda şərqşünas ekspertlər – Rusiya Diplomatları Assosiasiyasının sədr müavini Andrey Baklanov və Moskva Dövlət Dilçilik Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun dosenti İqbal Dürrə fikir yürüdürlər.

– Andrey Qleboviç, necə hesab edirsiniz, Ərdoğan öz kürsüsündə möhkəm oturub, o, müxtəlif səbəblərdən laxlamırmı, yırğalanmırmı?

Andrey Baklanov: Ümumiyyətlə, ağıllı və istedadlı adamların xoşuma gəlməyi mənə Ərdoğana obyektiv yanaşmağa mane olur. Ərdoğan ağıllı və istedadlı adamdır. O sizin düşməniniz, dostunuz, səmimi dostunuz ola bilər, ya da uzaqda neytral zolaqda ola bilər…

– O, parlaq taktikdir.

-Xüsusən də Avropanın indiki məsləkdaşları, bu dəhşətli xala-bacıları  fonunda. Ad çəkmək istəmirəm, çünki adamın hətta ürəyi bulanır. Amma indi siyasətdə elə cır-cındırlar var ki, sadəcə, ürək sıxılır. Buna görə də, əlbəttə, o bu fonda sağlam görünür. Onun siyasi xəttinə gəlincə, bu, xeyli daha qəlizdir.

– Türkiyədə olan daxili-siyasi problemlər, çətinliklər, yoxsa, sadəcə, məsələlər onun xarici siyasətinə təsir edir?

А. Б.: Bəli, çox güclü. (Xarici siyasəti) daxili siyasət müəyyən edir. Və burada ağıl və istedad artıq azdır. Əlbəttə, iki şeyə çox yaxşı yiyələnmək gərəkdir. Birincisi – ölkənin siyasi nəbzini duymaq, tendensiyaları anlamaq. Çünki tendensiya başqaları ola bilər – insanın, hətta bacarıqlı, ya da istedadlı adamın istədiyi kimi deyil.

Və ikincisi – adamlarla işləmək və onların xəttini sizin anlayışınıza yaxın olsun deyə düzəltmək bacarığı. Və əlbəttə, burada istənilən, o cümlədən, çox istedadlı siyasi lider çətinliklərlə üzləşir, ona uğur saxlanmayıb. Bax, Ərdoğan bu durumdadır. Amma düşünürəm ki, indiki anda onun vəziyyəti kifayət qədər sarsılmazıdr.

Lakin Türkiyə böyük ənənələri, rəyi Ərdoğanın rəyi ilə üst-üstə düşməyə biləsi müxtəlif güclərin siyasi iddiaları ilə olduqca qədim bir ölkədir. Buna görə də, əlbəttə, burada həmçinin çox ciddi müxtəlif variantlar ola  bilər və Ərdoğanın manevr etmək və öz xəttini yeritməkdə bütün məharətilə yanaşı, qətiyyən heç bir zəmanət yoxdur ki, bu, Ərdoğanda həmişə alınacaq. Düşünürəm ki, bu, artıq gerçək siyasətdən deyil, fokus sahəsindəndir.

– İqbal, Ərdoğan hansısa çox da böyük üstünlüklə qələbə çalmayıb – 55 faiz, hətta 52 də olub. Ən yuxarısı, 60 olub. Yəni yarıdan bir az artıq. Düzdür, o biri yandan, bu, onun qalan bütün rəqiblərinin yekunu ilə müqayisədir, orada isə çoxlu müxtəlif güclər var. Amma İstanbul və başqa böyük şəhərlərdə son bələdiyyə seçkilərini uduzub, saxlaya bilməyib. Bu nədir? Niyə belədir?.. O bu durumu aradan qaldıra bilərmi? Şəxsən Ərdoğan üçün bir siyasətçi və bir dövlət xadimi kimi təhlükə görürsünüz?  

İqbal Dürrə: Bəli, o, İstanbulda, Ankarada, Antaliyada son seçkiləri itirib… Bu, bələdiyyə seçkiləri idi. Xoşagəlməz göstəricidir. Amma Türkiyə yaxın dövrdən bəri artıq prezident respublikasıdır, Türkiyədə indi sistem belədir. Buna görə də bu seçkilər onun prezident karyerası üçün xüsusi rol oynamır. Türkiyədə ən yaxın dörd ildə erkən seçkilər olmasa, ümumi seçkilər olmamalıdr.

– Bəs büdcəni kim doğrayır?

İqbal Dürrə: Əlbəttə, bu, iqtisadi amillərə görə önəmlidir. Onun baş müşavirlərinin dedikləri kimi, əsas məqam isə budur – İstanbulda və başqa böyük şəhərlərdə kürdlər ona səs vermədilər. İş bundadır ki, kürdlərlə danışıqlar prosesi bitəndən, üstəgəl, iqtisadi problemlər hücum edəndən sonra o, bir zaman ona səsə vermiş kürdlərin dəstəyini sürətlə itirməyə başladı. Bu isə, İstanbul əhalisinin, demək olar, üçdə biridir. Türkiyədə yeni barışıq prosesinin gözləntisi var, amma bunun üçün zəmin hələlik yoxdur. Mənə elə gəlir ki, bunu kimsə edə bilərsə, bu prosesə yenidən təkan verə bilərsə, o da Ərdoğandır. Bunu ondan savayı kimsə edə bilməz, çünki bu, dedikcə ağır və təhlükəli mövzudur. Lider yenidən belə dir addım atmaq üçün güclü, xalqın dəstəyinə malik olmalıdır. Düşünürəm ki, Ərdoğan bunu edə bilər.

– Siz kürdlərlə barışıq prosesinə başlamağı deyirsiniz. Bəs o biri tərəfdən kimdir?  Kürdüstan Fəhlə partiyası – “Qəndil dağı” var. Türkiyə Xalqlarının Partiyası var. İri kürd kapitalistləri var. Kürdlərin adından kim danışmalıdır?

– Düzdür. Kürdlərin müxtəlif əhvali-ruhiyyəsini təmsil edən müxtəlif güclər var. Düşünürəm ki, Ərdoğanın özü də bu haqda fikirləşir, qərara gəlməyi lazımdır ki, belə danışıqları kimlə aparmaq olar. Birincisi, dörd il əvvəl, demək olar, hamı ilə danışıqlar aparıb. İkincisi, düşünürəm ki, indiki durumda danışqılar aparmaqdan ötrü artıq kimisə axtarmağı vacib deyil.

Sadəcə, belə problemləri həll etmək üçün hamının qəbul etdiyi normalar var. Ölkə əhalisinin de-fakto üçdə birini təşkil edən xalqın mövcud problemlərini həll etməkdən ötrü kimləsə konkret danışıqlara başlamaq onun nəyinə gərəkdir. Onların öz problem və tələbləri var. Bu, hamıya bəllidir. Və bunu həll etməkdən yana hansısa təmsilçi, vasitəçi nəyə gərəkdir? Ərdoğan prezident kimi özü bu problemləri həll edə bilər. O ki kürdlərə nə lazım olduğunu bilir. Vəssalam. Bu, birinci məqam.

İkinci məqam – kürd müxalifətinin lideri indi həbsxanada əyləşir. Amma indi həbsxanada əyləşib, sabah orada oturmaya bilər. Və o, Ərdoğanın gələcəkdə bu məsələlri həll etmək üçün iş görə biləcəyi potensial liderlərdən biridir. Mənə elə gəlir ki, burada ən başlıcası isə budur ki, amerikalılar məhz buna da nail olurlar. Amerikalılar kürdləri türklərlə barışdırmaq istəyirlər. Onlar başa düşürlər ki, bunsuz uzun, yaxud ortamüddətli perspektivdə Yaxın Şərqdə qalmaqları son dərəcə çətin olacaq.

Söhbətləşdi Səid Qafurov

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar