“National Geographic” dünyanı gözləyən böyük təhlükə barədə xəbərdarlıq edib.
Cebhe.info xəbər verir ki, mütəxəssislərin fikrincə, dünyada buzların əriməsi bir sıra ada və materiklərin parçalanmasına səbəb ola bilər. Təhlükəli vəziyyətdə olan quru sahələrindən biri də Kipr adasıdır. “National Geographic”in yazdığına görə, buzların əriməsi dəniz səviyyəsinin 65 metrə qalxmasına səbəb olacaq. Jurnala istinadən edən Kipr mediası bu həyəcanlı xəbəri “Buzlar ərisə ada 3 yerə bölünəcək” başlığı ilə verib. Eksperlərə istinadən edən qəzet yazır ki, batmaqdan xilas olan yeganə şəhər Lefkoşa olacaq.
Qeyd edək ki, Lefkoşa adanın türk hissəsindədir, Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtıdır.
Aydın
Cebhe.info