ABŞ-ın F-35 təyyarələrini Türkiyəyə verməklə bağlı problem yaratmasından sonra Ankara yenidən üzünü Rusiyaya tutub.
Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin sabah MAKS-2019 Beynəlxalq Hava və Kosmik Sərgi çərçivəsində görüşəcəklər.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ərdoğan sərgidə Rusiya istehsalı olan Su-35 döyüş təyyarələrinə baxış keçirəcək. Lakin o, Türkiyənin Rusiyadan bu təyyarələri istəyib-istəmədiyi sualını şərh etməkdən imtina edib.
Qeyd edək ki, NATO “Patriot” sistemlərini Türkiyəyə verməkdən imtina etməsindən sonra Ankara Rusiyadan S-400 sistemlərini alıb. Bu, məsələ Ankara və Vaşinqton arasında böhrana səbəb olub.Asif