BUZLAQLAR ALTINDAKI HƏRBİ BAZA… – Tramp “köhnə Tule”ni niyə ələ keçirmək istəyir?

26-08-2019, 18:41   

 


Ergün Diler
“Takvim”, Türkiyə, 22 avqust 2019-cu il
ABŞ Prezidenti Trampdan buralarda heç kimin bir şey anlamadığı önəmli bir həmlə gəldi. Doğrusu, Tramp, mənim kimi bir çox adamı təəccübləndirməyə davam edir. Bir gün Çinin dostudur, o biri gün deyil. Bir gün Rusiyanın dostudur, o biri gün deyil… Anlamaq heç də asan deyil.
Yenə səhnəyə çıxan Prezident Tramp bizlərin anlamadığı bir addım atdı. “Ortada nə fal var, nə yumurta” demişkən, Danimarkaya səsləndi: “Qrenlandiyanı bizə satın!”
Atlantik okeanının şimalında yerləşən Qrenlandiya Danimarkaya bağlı muxtar bir bölgədir. ABŞ-ın Qrenlandiya ilə bağlı hekayəsi yeni deyil. Sabiq ABŞ Prezidenti Harri Trumen 1946-cı ildə dünyanın ən böyük adası olan Qrenlandiyanı 100 milyon dollara satın almaq istəmiş, Danimarka isə bu təklifi rədd etmişdi. Bu gün olduğu kimi, yenə “Xeyr” demişdi.
Yaxşı, bəs sahəsi 2 milyon 160 min km2 olsa da, səthinin 81%-i buzla örtülü olan bu  adada nə vardı? Bu ada nə üçün önəmli idi? Və atlantikçilərlə avrasiyaçılar burada necə mübarizə aparırdılar? Məlum olmayan, gizli qalan nə idi?
Bu məsələni bir az açaq.
Qrenlandiya önəmli idi, həm də heç bilinməyən qədər. Bizlər, yəni adi insanlar duyğu orqanlarımızla yaşayırıq. Sərhədlərimiz bəllidir. Bir də başqa tezlikdə olan insanlar vardır. Söhbət ezoterizmdən, böyük dövlətlərin nüvələrində yaşatdıqları, bilməli olanlardan başqa heç kimlə paylaşılmayan gizli məlumatlardan gedir.
II Dünya Müharibəsi başladıqdan sonra Hitler və alman ordusu Qrenlandiyanı almaq istədi. ABŞ adanı qorumaq məqsədilə oraya həmən hərbi qüvvə göndərdi. Sonra da orada, buzların içində çox önəmli bir hava bazası qurdu.
İndi isə ezoterizmlə davam edək, Trampa gələk və gedən savaşı anlayaq.
Tarix 17 avqust 1918-ci ili göstərərkən Vier Jahreszeiten (“Dörd Mövsüm”) otelində bütün nasistlərin mənəvi ataları və baş müəllimləri olaraq gördükləri Rudolf fon Zebottendorf tərəfindən millətçi bir təşkilat quruldu. Zebottendorf təşkilata üzv olacaq şəxsləri yalnız almanlar arasından seçirdi. Təşkilata üzv olmaq istəyən şəxslər ayaqlarının detallı şəkildə çəkilmiş rəsmini təşkilata verməli idilər. Üzvlərin oturma forması və ayaqlarının ölçüsü önəmli idi. Çünki bunlara əsasən, üzv olmaq istəyən şəxsin ari irqinə mənsub olub-olmadığı anlaşılırdı. Yəni, əsillli olub-olmamasına baxılırdı. Metod bu idi.
Zebottendorf qurduğu təşkilatla və fəlsəfəsilə Mussoliniyə də örnək olmuşdur.
Qurulan təşkilat alman ziyalı, bürokrat, hərbçi və jurnalistlərdən, eyni zamanda soylu və zənginlərdən təşkil olunmuşdu. Bu təşkilat yəhudilərlə mübarizə edir, sui-qəsdlərdən də çəkinmirdi. Zebottendorfun qurduğu təşkilatda Vindzor sülaləsindən (Alman kökləri olan Vindzor sülaləsi 1917-ci ildən etibarən Böyük Britaniyanın kral ailəsidir – tərc.) və Hollandiya Kral ailəsindən olan dəyərli şəxslər də var idi. “Kəllə və Sümük Cəmiyyəti”nə sanki üzv yağırdı. Hamı burada olmaq istəyirdi.
Zebottendorfun yanında iki ağıl sahibi, iki cərəyan vardı. Bunlardan biri nasiszmin atası Qvido fon List, digəri isə gizli lider Adolf Yozef Lants idi. Onlar xristianlıqdakı Ata-Oğul-Müqəddəs ruh triadası yerinə, bütpərəst “Tevton” fəlsəfəsinə inanırdılar. Yəni, german paqanizmindəki Votan, Villi, Vi (Wotan, Willi, We) triadasına…
Bu komanda, cərəyan və fəlsəfə üçün önəmli olan bir mərkəz vardı. Həmin mərkəz həddindən çox önəmli idi. Yelkənli qayıqla İngiltərədən 6 günlük məsafədə idi. Adı da Tule (Thule) idi. Qrenlandiyanın şimali-qərbində yerləşirdi.
Bəs ABŞ-ın II Dünya Müharibəsindən sonra gəldiyi və qaldığı baza harada idi? Məhz buradaydı. Adı da Tule idi. Hitleri gətirən Zebottendorfun qurduğu ezoterik kəşfiyyat təşkilatının adı da “Tule” idi.

Amerikalılar burada piramida formasında hava bazası qurdu. Bunu da Avrasiya tərəfində ən yaxşı bilən adam Duqin, yəni Putinin məsləhətçisi, dostu, ağıl verən müəllimi idi. Duqin, Avrasiyanın qurulması üçün dünyadakı 8 piramidanın birləşməsinin lazım olduğunu bilirdi. Bunlar Misir, Çin, Bosniya, Meksika, itən şəhər Atlantis kimi nöqtələr, ən önəmlisi Tule idi.
Ezoterizmi bilən ABŞ çox öncədən Qrenlandiyaya gələrək, illər öncə ölçü götürmüşdü – önləmini almışdı. Trampın nəyi və nə qədər bildiyini bilə bilmərəm, ancaq Qrenlandiya demək itirilmiş şəhər Tule, yəni dünyanın ən ağıllı, ən məlumatlı, ən qeyri-adi insanlarının yaşadığına inanılan bölgə deməkdir.
Duqin və “dərin Rusiya” Tuleni qəti şəkildə almaq istəsə də, “dərin ABŞ” “ezoterizm souslu” kəşfiyyatı ilə buraları əsla və qəti olaraq buraxmaq niyyətində deyil. ABŞ-ın Tuledəki hərbi hava bazası dünyanın ən qabaqcıl silahlarına və müdafiə çətirinə sahibdir. Prezident Trampın belə, orada nə olduğunu bilmə ehtimalı yoxdur. Ancaq ABŞ-ın 1950-ci illərdə etdiyi həmlənin bir bənzərini də Tramp etdi.
Avrasiyaya soyuq baxmayan Rotşild ailəsilə yaxşı münasibətləri olan Tramp Avrasiyaya nota verdi. Bu, Pentaqonun dili idi. Tramp bunu Cefri Epşteynin öldürülməsindən sonra, hələ qeydlər  tapılmamış, ortada yoxikən, kimə getdiyi məlum deyilkən edirdi.
Böyük dövlətlər və ezoterik metodlardan istifadə edən kəşfiyyatlar böyük sivilizasiyanın Tuledə olduğunu düşünməkdədirlər. Savaşın səbəbi də elə budur. Sakit okeandakı Havay adaları, Misirdə “Mer” adlandırılan piramidalar, Hindistandakı Meru dağı və piramida formasındakı Kailaş dağı (Tibetin cənubi-qərbində olan dağ – tərc.) yaranmalı olan kvadratın parçalarıdır. Dünyanı idarə etmək və son sözü söyləmək üçün bu bölgələri (və ya həmin ölkələrin bu bölgələrini – tərc.) ələ keçirmək istəyirlər.
Bunlar adi insanların bilə biləcəyi şeylər deyil. Bu, Duqin səviyyəsində olan şəxslərin arasında danışılan bir dildir. Bunu həm Avrasiyada, həm də Atlantikdə bilənlər vardır. Və onlar mübarizə aparırlar. Trampın Qrenlandiya haqqındakı çıxışı gedən bu mübarizənin dərinliklərini göstərməkdədir. Eyni zamanda Türkiyənin Rusiya ilə yan-yana gəlməsinə də dərin bir etirazdır. Bu çıxışın altında Türkiyənin Rusiya ilə hərəkət etmə ehtimalına qarşı olan etiraz da vardır. Çünki daha da dərinlərdə, Zebottendorfun qurduğu təşkilatın fəlsəfəsində türklər və yaponlar “yanımızda olmalı olanlar” kimi göstərilməkdədir.
Bu, dünyanı Tevton cəngavərlərinin, yəni soylu germanların idarə etməli olduğuna inanan dərin bir strukturdur.
12 min il bundan öncə meydana gəldiyi sanılan fəlakətin, Tulenin sirri bu gün Ağ Evə də, Kremlə də məlumdur və hər iki mərkəzdə də bu barədə danışılır. Hadisə bu qədər gizli və dərindir.
Cefri Epşteynin əlindəki arxivlərdə nələr olduğunu çox kiçik bir dairə bilir. Və bu, balansı dəyişdirəcək qədər önəmlidir. Trampın bu çıxışı etməsi, yəni Qrenlandiyanı istəməsi onun “Rusiyadan yardım aldı, seçkini uddu” iddiasından sonrakı ən böyük sapmasıdır.
Məsələ Qrenlandiya, ya da Danimarka məsələsi deyil. Rusiyaya meydan oxudular. Dərinlərdəki dərin şəxslərə “bu, meydan, bu da şeytan” dedilər. Bunu da Trampa elətdirdilər.
Bunlar heç xeyirli əlamətlər deyil. Çox qəribə şeylərin olacağı qətidir. Baxaq, görək, nələr olacaq…
Qeyd: Hitlerə lazım olan bütün texnologiya və məlumatı verən təşkilatın lideri Zebottendorf, Ənvər paşanın qardaşı Nuru paşa ilə də dost idi. Nuru paşanın silah fabriki vardı. Və İsrailə qarşı dura bilsinlər deyə, ərəblərə silah verirdi. Sabotaj nəticəsində fabrik partladıldı, yandırıldı, yox edildi. Amma biz tarixi bu baxımdan bilmirik.
Tərcümə Strateq.az-ındır
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar