1 ABŞ əsgərinə qarşılıq 2 türk əsgəri: 8 aydır hazırlanan MÜHARİBƏ PLANI İŞƏ DÜŞÜR?

27-08-2019, 14:27   
 

Dünən Türkiyə rəsmiləri “Bloomberg”ə açıqlamasında Suriyada “təhlükəsiz bölgədə” 1 amerikalı əsgərlə bərabər 2 türk əsgərinin olacağını, bölgənin 125 kilometr uzunluğunda, 15 kilometr dərinliyində qurulacağını qeyd ediblər.

Publika.az
 xəbər verir ki, bununla bağlı türkiyəli yazar Taha Dağlıq “Təhlükəsiz bölgənin şifrəsi: sərhədi tezliklə keçmək” adlı məqalə qələmə alıb.

“Əsgərlərimiz hərəkat olmadan sərhədi keçərsə, ilk dəfə Fəratın şərqində, yəni ABŞ-ın təsir dairəsindəki bölgədə söz sahibi olacaq”, - deyə o bildirib.

T.Dağlı qeyd edib ki, təhlükəsiz bölgə ilkin mərhələdə Ayn əl Ərəb (Kobani) və Tel Abyad arasında qurulacaq.

“Bölgədə 10 tabor türk əsgəri olacaq. Bununla yanaşı, Türkiyə orada 4 hərbi baza quracaq. Amerikalı əsgərlərlə birlikdə postlara çıxacaq. Razılaşmaya görə, PKK terrorçuları bu bölgəni tərk edəcək, aldıqları silahları da təhvil verəcəklər. Lakin bu plan işləyəcəkmi, yəni ABŞ-a etibar etmək olarmı?! Ən çox gündəmə gələn sual budur. Əvvəlcə təhlükəsiz bölgənin hara olduğuna nəzər yetirək. Türkiyənin Suruç bölgəsi ilə sərhəddə yerləşən Ayn əl Ərəb başlanğıc nöqtədir. 2014-cü ildə İŞİD bəhanəsi ilə PKK buranı işğal etmişdi və şəhəri Kobani adlandırmışdı. Bitdiyi yer isə yenə həmin tarixlərdə İŞİD bəhanəsi ilə PKK-nın işğal etdiyi, Türkiyənin Akçakale bölgəsi ilə sərhəd olan Te Abyaddır. İki nöqtə arasındakı məsafə 125 kilometrdir. Təhlükəsiz bölgəni başlanğıcından bir qədər qərbə getsək, bura Cerablusdur. Cerablus 2016-cı ildə “Fərat qalxanı” hərəkatı ilə İŞİD-dən xilas edilib, bölgəyə PKK-nın girişinə imkan verilməyib. Cerablusun Türkiyə üçün strateji əhəmiyyətli Fərat çayının yanında olmasıdır, çünki bu bölgədən o tərəfə Fəratın şərqidir, yəni Ayn əl Ərəb. Xəritənin bir az sol tərəfinə baxdığımızda Afrindən başlayıb, Azezlə davam edən, Azezdən sonra Cerablusa uzanan və “Fərat qalxanı bölgəsi” dediyimiz dəhliz görürük. Bu xətt Türkiyə tərəfindən xilas edilən və suriyalıların nəzarətinə verilən bölgədir. ABŞ-la əldə edilən razılaşmaya görə, təhlükəsiz bölgə məhz “Fərat qalxanı bölgəsi”nin başa çatdığı yerdən başlayaraq, 125 kilometr məsafədə uzanır. Plan işləyərsə, Suriyanın şimalında bir hissəsi Fəratın qərbində, digər hissəsi şərqində olan dəhliz Türkiyənin nəzarətinə keçəcək. Belə demək mümkünsə, “Fərat qalxanı bölgəsi” uzadılacaq. Planın işləməsi üçün, əsgərimizin bölgəyə dərhal girməsidir. ABŞ prosesi uzatmağa çalışacaq, lakin əsgərimiz təhlükəsiz bölgəyə girərsə, artıq üstünlük bizim tərəfdə olacaq. Əgər ABŞ maneələr yaradarsa, onda Türkiyə 8 aydır hazırlığını gördüyü A planını işə salacaq. ABŞ-la razılaşma əsasında yaradılacaq təhlükəsiz bölgə Türkiyə üçün B planıdır. A planı isə Fəratın şərqində hərbi əməliyyatın başlanmasıdır. ABŞ da bunu yaxşı bilir”, - məqalədə qeyd olunur.

Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar