Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan artıq Moskvadadır. Əsəd ordusunun İdlibdə əməliyyatlara başlaması fonunda baş tutan bu səfər zamanı Ərdoğanın Putindən nə istəyəcəyi əsas müzakirə mövzusudur.
Publika.az xəbər verir ki, yüksək səviyyəli Türkiyə rəsmisi “Röyters”ə Ərdoğanın Putindən nə istəyəcəyini açıqlayıb.
“Ərdoğan bölgədə türk əsgərinin qorunması üçün addımların atılmasını istəyəcək. Rusiyanın bu məsələdə Əsəd üzərindəki nüfuzunu işə salacağını gözləyirik. Türk əsgərinə ən kiçik hücum olarsa, total hücumla cavab verəcəyik. Putindən oradakı problemləri aradan qaldıracaq addımlar atmağını gözləyirik”, - deyə Türkiyə rəsmisi qeyd edib.
Asif