Moskvaya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın yeni nəsil qırıcıları, helikopterləri və mülki aviasiya məhsullarının nümayiş etdirildiyi sərgiyə qatılıb.
Türkiyə prezidenti beşinci nəsil “Su-57” qırıcıları ilə maraqlanıb. Rusiyalı həmkarı Vladimir Putinlə birlikdə təyyarənin pilot kabinəsinə daxil olan R.T.Ərdoğana qırıcının texniki göstəriciləri barədə məlumat verilib. Bundan başqa, prezident Ərdoğan T-129 döyüş helikopterlərinə baxış keçirib.
Sonra həmin helikopterlərin uçuşu nümayiş etdirilib. /Cebhe.info/