Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Qonçarukun ölkənin Baş Naziri vəzifəsinə namizədliyini irəli sürüb.
Strateq.az xarici mediaya istinadla bildirir ki, 35 yaşlı Aleksey Qonçaruk hazırda Ukrayna Prezidentinin aparat rəhbərinin müavinidir.
Xatırladaq ki, sabiq baş naziri Vladimir Qroysman ötən gün istefa verib. O, feysbuk-dakı səhifəsindəki videomüraciətində yayaraq, xələfinə güc və səbir arzulayıb. Sabiq baş nazir deyib ki, hökumətin işi və ukraynalıların həyatı Ukraynanın gələcək baş nazirindən asılı olacaq