Mayk Lillis
“The Hill”, 02.09.2019
Son zamanlar Tramp yəhudi seçicilərin rəğbətini qazanmaq üçün çox çarpışır, lakin İsrailə verdiyi dəstək tamamilə fərqli bir seyrçiyə ünvanlanmış ola bilər: evangelist xristianlar.
Keçən ay Tramp mühafizəkar bir sui-qəsd nəzəriyyəçisinin ona verdiyi tituldan xoşhal olub: “dünya tarixində yəhudilər və İsrail üçün ən böyük prezident”, yəni “İsrail kralı”.
Lakin Amerikalı yəhudi seçicilərinin dəstəyini artırmaq əvəzinə, Trampın yəhudi təəssübkeşliyi onu dəstəkləməyənlərin İsrailə “xəyanət etməsi” ittihamını və yəhudi demokratlarda narazılıq doğurub.
İndi tənqidçilərin çoxu Trampın yəhudi seçiciləri ilə ümumiyyətlə, danışmadığını iddia edir; Tramp sadəcə İsrailə xoş gələn siyasət yürdür və buna qarşı olanlara hücum evangelist xristianları ürküdür.
“Söhbət öz seçicilərinə zərbə vurmaqdan gedir. Tramp seçicilərinin əksəriyyəti xristian respublikaçılar və bir çox hallarda fundamentalist evangelistlərdir. – Bunu “J Lo Street”-in – liberal israilpərəst qrupun sözçüsü Loqan Bayroff deyib. – Yəhudi seçicilərin böyük əksəriyyəti Trampın əleyhinə səs verməyə hazırlaşır”.
İsrailpərəst demokrat konresmen Ted Döyç oxşar rəydədir: “Göründüyü kimi, prezidentin etdiyi hər şey onun bazasına qulluq etmir. Trampın seçici bazası Amerika xalqının 40 faizini əhatə edir. Son seçkidə açıq şəkildə ona qarşı səs verən yəhudi icması üzvlərinin dörddə üç hissəsinin rəğbətini qazanmaq belə ağlından keçmirdi”.
Tramp 2016-cı ildə yəhudilərin səslərinin yalnız 23 faizini qazanıb və vəzifəsinin icarsına başlayandan bəri özünü mühafizəkar baş nazir Benyamin Netanyahunun baş dəstəkçisi kimi göstərib.
Keçən il o, ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək vədini yerinə yetirib. Bu, Yaxın Şərqdə sülhü pozmaq qorxusundan əvvəlki administrasiyalar tərəfindən rədd edilən addımdır. Tramp Netanyahunun etirazları ilə əlaqədar eks-prezident Obama tərəfindən müzakirə edilən İranla beynəlxalq nüvə sazişindən çıxıb və mübahisəli Colan bölgəsində İsrailin suverenliyini tanıyıb.
Lakin Tramp bu yaxınlarda amerikalı yəhudi seçiciləri qəzəbləndirib. Sağçı konspiroloq Ueyn Allin Rutun qeydinə görə: “İsraildəki yəhudi xalqı onu İsrail padşahı kimi sevir. Sanki bu, Məsihin ikinci zühurudur. Lakin amerikalı yəhudilər onu tanımır və ya bəyənmirlər. Nə etdiklərini və nə danışdıqlarını bilmirlər”.
Obama administrasiyası dövründə dövlət katibi köməkçisinin müavini olmuş Coel Rubin bu mesajların bəzi evangelistlərin baxışlarına uyğun gəlir. Onlar deyir ki, amerikalı yəhudilər İsrailə qayıtmalıdır. Çünki bəzi Bibliya təfsirlərinə, yalnız bölgədə güclü qarşıdurma Məsihin ikinci zühurunu tezləşdirəcək.
Loqan Bayroff deyib: “O, yəhudilərin İsrailə qayıdışı barədə dəliləri gücləndirir. İsrail üçün bəyənmədiyimiz işlər görür. Evangelistlərin düşüncəsinə görə, yəhudilər Ərzi-Məvuda (Vəd Olunmuş Torpağa – tərc.) qayıtmalıdır. Çünki bu, Axirəz-zaman əlamətidir. Trtamp, yəqin ki, buna inanmır. Ancaq… məncə, o, bu xitabı bəyənən insanların rəğbətini qazanır”.
Son sorğular, söhbət Trampın Yaxın Şərq siyasətindən getdikdə, yəhudi və xristian seçiciləri arasında aydın bir ayrılığın olduğunu göstərir. “Pew” Araşdırma Mərkəzinin araşdırmasına əsasən, yəhudi seçicilərin 42 faizi prezidentin İsrailə həddən artıq meyilli olduğunu düşünür, xristianların 26 faizi də oxşar narahatlığı açıqlayıb. Evangelistlər arasında bu rəqəm 15 faizə düşüb.
Son aylarda Tramp İsrailin fələstinlilərə qarşı rəftarını sərt tənqid edən demokrat konqresmen qadınların kiçik bir qrupa hücum edərək yəhudi seçiciləri bölməyə çalışıb. Bu qrupun üzvləri ilə İsrail tərəfdarı demokratlar arasında da bölünmə yaranıb.
Konqresdəki ilk iki müsəlman qadından biri olan İlhan Ömər İsrail tərəfdarlarına çağırış edərək “xarici ölkəyə beyət etməməyi” təklif edib. Bu qarşıdurmada əsas məqam mart ayında baş verib. Demokratlar hər cür fobiyanı qınayan qətnamə qəbul ediblər.
Trampın yenin seçki kampaniyasının baş əməliyyat mütəxəssisi Maykl Qlassner dünyada prezidentdən başqa yəhudi icmasının “daha böyük müttəfiqi” olmadığını söyləyib.
Tramp sanki bunu təsdiqləyib: “Fikrimcə, bir demokrata səs verirsənsə, yəhudi xalqına və İsrailə çox etinasızsan”.
Tərcümə: Strateq.az